İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2020" layihəsi üzrə fərqlənənlər mükafatlandırılıb.

Verilən məlumata görə, 8 nominasiya üzrə qaliblərin adı bu gün "Çinar Plaza"da təşkil olunan tədbirdə açıqlanıb.

Mərasim 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.

Daha sonra qaliblərin adları açıqlanıb.

1. İLİN DÖYÜŞKƏN İDMAN XADİMİ: Fariz Nəcəfov (“Qəbələ” klubunun prezidenti) - Vətən müharibəsində iştirak etdiyi üçün

2. İLİN DÖYÜŞKƏN İDMANÇISI: Şəhid Cəbrayıl Dövlətzadə (cüdoçu) - Vətən müharibəsində iştirak etdiyi üçün

3. İLİN DÖYÜŞKƏN FUTBOLÇUSU: Şəhid İlqar Bürcəliyev (“Zirə” klubunun və Azərbaycanın U-18 yığmasının sabiq futbolçusu) - Vətən müharibəsində iştirak etdiyi üçün

4. İLİN DÖYÜŞKƏN LEGİONERİ: Mesut Özil (İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi) - Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verdiyi üçün

5. İLİN DÖYÜŞKƏN MƏŞQÇİSİ: Bəxtiyar Abbasov (“Qəbələ” İdman Klubunun məşqçisi) - Vətən müharibəsində iştirak etdiyi üçün

6. İLİN DÖYÜŞKƏN KOMANDASI: “Qarabağ” futbol komandası - Orduya maddi və təbliğati dəstək olduğu üçün

7. İLİN DÖYÜŞKƏN İDMAN QURUMU: Azərbaycan Cüdo Federasiyası - Orduya maddi və mənəvi dəstək olduğu üçün

8. İLİN DÖYÜŞKƏN JURNALİSTİ: Qazi Daşqın Əziz (Offsideplus.az) - Vətən müharibəsində iştirak etdiyi üçün

Bundan sonra ilin döyüşkən futbolçusu seçilən "Zirə" klubunun və Azərbaycanın U-18 yığmasının sabiq üzvü, şəhid İlqar Bürcəliyevin atası Vüqar Bürcəliyev və qardaşı Tamerlan Bürcəliyev, eyni zamanda komandanın baş məşqçisi Rəşad Sadıqov kürsüyə gəlib. Şəhid futbolçu üçün hazırlanmış mükafatı onun atasına R.Sadıqov təqdim edib. Hamını salamlayan V.Bürcəliyev oğlunun bu mükafata layiq görülməsindən qürur hiss keçirdiyini söyləyib. O, bütün şəhidlərə Allahdan rəhmət diləyib. Həmçinin belə bir tədbirə görə təşkilatçı quruma təşəkkür edib.

T.Bürcəliyev isə öz növbəsində qardaşının bu mükafata layiq olduğunu bildirib: “Ümumiyyətlə, hər bir şəhidimiz və qazimiz buna layiqdir. Allah hamısına rəhmət eləsin. İnanıram ki, məkanları cənnətdir”.

Son xəbərlər

Ceyhun Bayramov ilə Yakov Blitşteyn arasında görüş keçirilib

Netanyahu girovlarla bağlı yaranan şəraitdən danışdı

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından DANIŞDI

Əsəd: "Suriya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına müsbət yanaşır"

Ərdoğan: "Türkiyə ŞƏT-ə tamhüquqlu üzv olmağa hazırlaşır"

Yaşar Gülər: "Türkiyə Qara dəniz hövzəsinin hərbi arenaya çevrilməsinə icazə verməyəcək"

Hakan Fidan Azərbaycanı təbrik etdi

Hikmət Hacıyev Şuşadan paylaşım edib

Makronun erkən seçki ilə bağlı təşəbbüsü uğursuzluğa məhkumdur

Qardaşının klinikada öldürüldüyünü deyən şəxs prokurorluqdan NARAZIDIR

Pakistanın baş naziri Prezident İlham Əliyevə zəng edib

Zaxarova: "Rusiya-Ermənistan münasibətlərinin pozulmasına çox cəhdlər olub"

Universitetlərə qəbul planının sayı açıqlandı

Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib.

Fransa müxalifətindən Makrona qarşı BİRLİK ÇAĞIRIŞI

Azərbaycan-Misir münasibətləri inkişafının yeni mərhələsinə qədəm qoyub

Azərbaycan və Türkiyə prezidentləri Ankaranın Esenboğa Hava Limanında görüşüblər

Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir

İlham Əliyev: "Macarıstan Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır"

ABŞ-Azərbaycan: Ağ Ev "təmas xətti"ni dəyişmək istəyir

İraq və Suriyanın şimalında 16 PKK terrorçusu zərərsizləşdirilib

Hikmət Hacıyev mina qurbanlarının son sayını açıqlayıb

Makron Rusiyaya hərbi zərbələri dəstəklədi

G7 İrana çağırış etdi

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib

Makron Yeni Kaledoniyaya səfər edib

İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü başlayıb

Azərbaycan nefti ucuzlaşıb

Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Notarius Daxil Kərimovun fırıldaqlarını kim ifşa edəcək?

Rəisinin ölümü Xameneinin oğluna yol açdı

İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi

Tehranda təhlükəsizlik səviyyəsi artırılır

Bütün xəbərlər