DataLife Engine / İranda partlayış: Bir qadın və iki uşaq həlak oldu

İranda partlayış: Bir qadın və iki uşaq həlak oldu

İranın Təbriz şəhərində yük maşınlarının sərgi salonunda maye qaz balonu partlayıb.

Bu barədə ölkənin “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir qadın və iki uşaq ölüb, daha yeddi nəfər xəsarət alıb.

İnsidentə balondan qaz sızması səbəb olub.

Mənbə: “RİA Novosti”
4-01-2022, 18:25
Вернуться назад