Bölgə - İnterxəbər.Az
Hacıqabulda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti keçirildi.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirin açılışında Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov çıxış edərək "8 Noyabr – Zəfər Günü"nün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, xalqımızın tarixi Qələbəyə gedən yolundan və Vətən müharibəsində qazanılan Zəfərin ölkəmizin ərazi bütövlüyünün bərpasında oynadığı mühüm roldan bəhs etdi.
Çıxışda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfərin əldə olunmasındakı müstəsna roluna xüsusi diqqət yetirildi. Qeyd olundu ki, dövlət başçısının uzaqgörən siyasəti, qətiyyətli siyasi iradəsi və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadi və hərbi potensialı gücləndirildi, ordumuz müasir tələblərə uyğun formalaşdırıldı və ölkəmizin müdafiə qüdrəti əhəmiyyətli dərəcədə artırıldı. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, ölkəmizin haqq mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən ardıcıl siyasətin əhəmiyyəti vurğulandı.
Bildirildi ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi tarixi qələbənin əldə olunmasında həlledici rol oynadı. Bu Zəfərin qazanılmasında Vətən uğrunda canlarından keçən şəhidlərimizin misilsiz fədakarlığı və qəhrəmanlığı xüsusi yer tutur. Şəhidlərimiz torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi və xalqımızın gələcəyi naminə həyatlarını qurban verərək tariximizə qəhrəmanlıq salnaməsi yazdılar. Onların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, göstərdikləri şücaət gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır. Vətən müharibəsində yaralanaraq sağlamlığını itirən qazilərimizin və döyüşlərdə iştirak edən hərbçilərimizin xidmətləri də Qələbəmizin ayrılmaz tərkib hissəsi kimi qeyd olundu.
Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini müəyyənləşdirən mühüm hadisələrdən biri oldu. Bu qələbə Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirdi.
Daha sonra bayram konserti bədii proqramla davam etdi. Konsertdə Əməkdar artist Elza Seyidcahan, aşıq Fəzail Miskinli, İzzət Bağırov, Televiziya Muğam Müsabiqəsinin qalibi Murad Rüstəmzadə, Şamo Məmmədov, Niyazi Musayev, Rasimə Seyidcahan, Leyla Əfşan və Lamiya Əfşan çıxış etdilər.
Təqdim olunan musiqi nömrələrində Vətənə məhəbbət, Zəfər sevinci, Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərimizin əziz xatirəsi tərənnüm olundu. Bayram konserti Zəfər Gününə həsr olunmuş musiqi proqramının təqdimatı ilə başa çatdı.
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - Foto
İNTERXƏBƏR AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına binalarda yaradılacaq şərait barədə məlumat verilib.
Bildirilib ki, kitabxana tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsi, müasir informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsi və tələbəyönümlü akademik mühitin formalaşdırılması baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq, tələbə və əməkdaşların təhsil, elmi-tədqiqat və informasiya ehtiyaclarının qarşılanmasına, müstəqil öyrənmə və tədqiqat bacarıqlarının inkişafına, həmçinin professor-müəllim heyətinin elmi fəaliyyətinin dəstəklənməsinə xidmət edəcək.
Müasir standartlara cavab verəcək dördmərtəbəli binada eyni vaxtda təxminən 1100 tələbənin istifadəsinə imkan verən funksional oxu zallarının, fərdi və qrup şəklində öyrənmə, görüş və akademik əməkdaşlıq üçün nəzərdə tutulan məkanların yaradılması planlaşdırılır. Universitetin akademik ehtiyaclarını qarşılamaqla və potensialını gücləndirməklə yanaşı, region ictimaiyyəti üçün də informasiya mənbəyi rolunu oynayacaq kitabxana binası elmi müzakirələrin, bilik və təcrübə mübadiləsinin təşviqinə, universitetlə əhali arasında əlaqələrin genişləndirilməsinə və Qarabağda sosial-mədəni mühitin inkişafına töhfə verəcək.
Qeyd edilib ki, Qarabağ Universitetinin İnnovasiya Mərkəzi innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, elmi-tədqiqat nəticələrinin praktiki tətbiqinin təşviqi, müasir texnologiyaların və innovativ ideyaların dəstəklənməsi baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq. Mərkəz tələbələrin yaradıcılıq, tənqidi düşünmə və problem həlletmə bacarıqlarının inkişafına, innovativ təşəbbüslərinin dəstəklənməsinə, həmçinin universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək. Mərkəz, eyni zamanda, Qarabağ regionunun sosial-iqtisadi inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsi, yerli ehtiyaclara uyğun innovativ həllərin hazırlanması və universitetlə dövlət qurumları, özəl sektor və digər tərəfdaşlar arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli rol oynayacaq. Mərkəz universitetdə innovasiya mədəniyyətinin formalaşmasına, elmi biliklərin iqtisadi və sosial dəyərə çevrilməsinə, həmçinin Qarabağ regionunda texnoloji inkişafın, sahibkarlığın və bilikəsaslı iqtisadiyyatın təşviqinə töhfə verəcək.
İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - Foto
İNTERXƏBƏR AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, nazirliyin sifarişi ilə Şuşa Peşə Təhsili Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında başlanılıb.
İkimərtəbəli, 360 yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, həmçinin yeməkxana var.
Şuşa Peşə Təhsili Mərkəzinin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, kitabxana, o cümlədən elektron kitabxana, tədris və yataq, istirahət və fitnes otaqları, ictimai iaşə obyekti yerləşir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun formalaşdırılmasıdır. Ölkə miqyasında son illərdə yüzlərlə yeni məktəb binasının inşası, mövcud tədris ocaqlarının əsaslı təmiri və ən son texnoloji avadanlıqlarla təchiz olunması gənc nəslin yüksək standartlara cavab verən təhsillə təmin edilməsinə geniş imkanlar açıb. Bu baxımdan, Şuşa Peşə Təhsili Mərkəzi böyük əhəmiyyətə malikdir. Mərkəz bölgədə geniş vüsət alan bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların, peşəkar mütəxəssislərin hazırlanmasında mühüm platformaya çevriləcək.
İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı müvafiq Sərəncama əsasən, Zəngilan şəhərində 960 şagird yerlik tam orta ümumtəhsil məktəb binasının layihələndirilməsi və tikintisinə başlanılıb. 2025-ci ildə layihədə konseptual dəyişiklik edilərək, təhsil müəssisəsi Zəngilan Şəhər Təhsil Kompleksi olaraq peşəyönümlü tədris müəssisəsi kimi yenidən layihələndirilib.
Kompleksdə məktəbəhazırlıq, biologiya, informatika, çağırışaqədərki hazırlıq, "STEAM-STARTERS", "STEAM-SCIENCE LAB", "STEAM CHALLENG" otaqları, robot zonaları, laboratoriyalar, dərzi, santexnika çilingəri və elektrik montyoru emalatxanaları yaradılıb. Burada, həmçinin kitabxana, idman və akt zalları, yeməkxana da müəllim-tələbə heyətinin ixtiyarına veriləcək.
Ümumi ərazisi 1,6 hektar olan kompleksin həyətində də geniş abadlıq işləri aparılıb, açıq idman meydançası və qaçış zolağı yaradılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasəti nəticəsində son illərdə yüzlərlə yeni məktəb binası tikilib, mövcud təhsil müəssisələri isə əsaslı təmir olunub. Bu siyasətin mühüm istiqamətlərindən biri də işğaldan azad olunmuş torpaqlarımızda "Böyük Qayıdış" Proqramı çərçivəsində hərtərəfli infrastrukturun yaradılmasıdır ki, təhsil müəssisələri də burada xüsusi yer tutur. Zəngilanda yeni təhsil kompleksinin istifadəyə verilməsi doğma torpaqlarına qayıdan ailələrin övladları üçün hər cür şəraitin yaradıldığının, onların keyfiyyətli təhsil almalarına göstərilən diqqət və qayğının əyani təzahürüdür. Müasir tədris imkanlarına malik bu kompleks gənc nəslin bilikli, savadlı yetişməsinə, onların peşə vərdişlərinin inkişafına mühüm töhfə verəcək.
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"
Bu barədə Prezident İlham Əliyev Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdə bildirib.
Kəlbəcərə qar yağdı, Yardımlıya dolu düşdü
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 10-u saat 10:00-a olan məlumatında qeyd edilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb.
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı: Neft Daşlarında 26 (aylıq normanın 139%-i), Sumqayıtda 3, Bakı, Binə, Pirallahıda 2, Maştağada 1 mm-dək qeydə alınıb.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Göygöldə 16, İmişli, Şəkidə (Kişçay) 10, Balakən, Qaxda (Sarıbaş) 6, Biləsuvar, Sabirabadda 5, Şirvan, Qobustan, Beyləqan, Zaqatala, Goranboy, Gədəbəy, Ordubad, Tovuz, Naxçıvan, Sədərək, Quba, Qusar, Şabran, Xızı, Neftçala, Astara, Ağdam, Cəbrayıl, Şamaxı, Kürdəmir, Naftalan, Zərdab, Tərtər, Bərdə, Hacıqabul, Salyanda 1-4 mm-dir.
Qubadlı, Şuşa, Füzuli rayonlarında isə qısamüddətli yağış yağıb.
Saat 08:15-08:27 radələrində Yardımlı rayonunda güclü leysan yağışı ilə müşayiət olunan, diametri 18–20 mm olan dolu düşüb.
İlham Əliyev üç rayona başçı təyin etdi
İnterxəbər xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezident bu başçını vəzifədən azad etdi
İnterxəbər xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qax sakinlərinin yığdığı fındıq niyə əllərində qalıb? - VİDEO
Baku TV-nin məlumatına görə, rayonun Turaclı kəndində yaşayan sakinlər fındıq bağlarında məhsulun bir hissəsinin zərərvericilər səbəbindən yararsız vəziyyətə düşdüyünü deyiblər.
Digər tərəfdən, yetişdirilən məhsulun aşağı qiymətə alınması fermerlərin xərclərini qarşılamaqda çətinlik yaradır. Fermerlər bildirirlər ki, bağların becərilməsi üçün gübrə, dərman, suvarma və işçi qüvvəsinə çəkilən xərclər artıb. Bununla belə, məhsulun satışından əldə olunan gəlir həmin xərcləri kompensasiya etmir.
"Bu kənddən ildə 100-200 ton fındıq bazara çıxarılır. Ağacların yarpağı tökülür, fındıq quruyur. Hər il ziyandayıq", - deyə kənd sakini narazılığını bildirib.
Mütəxəssislər isə bildirirlər ki, fındıq bağlarında hər hansı bir xəstəliyin qarşısının alınması və daha az ziyanla qarşılaşmaq üçün bağlar vaxtında dərmanlanmalı və aqrotexniki qulluq edilməlidir. Həmçinin müəyyən profilaktik tədbirlər görülməli və aqrar sığortadan istifadə etməlidirlər.
Mingəçevirin mərkəzi ÇİRKAB SULARA QƏRQ OLUB: "Xəstəlik mənbəyidir" - VİDEO
Ərazidə yaşayan vətəndaşlardan biri günlərdir aidiyyəti qurumun qaynar xəttinə müraciət etdiklərini vurğulayıb:
"Neçə gündür zəng edirik. Ərazidən kəskin qoxu gəlir, pəncərələri açmaq olmur. Yay günlərində bu cür antisanitariya xəstəlik mənbəyidir. Təmiz hava əvəzinə pis qoxu uduruq".