Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/interxeber/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > Xocalı soyqırımı - XX əsrin faciəsi
DataLife Engine > Bölgə > Xocalı soyqırımı - XX əsrin faciəsi

Xocalı soyqırımı - XX əsrin faciəsi


27-02-2015, 12:19. Разместил: inter
25 fevral Gədəbəy rayonu Mədəniyyət evində 26 Fevral Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı Ramiz Yediyarov, RİH başçısı aparatının vəzifəli şəxləri, hüquq-mühafizə orqanları işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, RİH başçısı Ramiz Yediyarov çıxış etdi, O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından biri olan Xocalı Soqırımından geniş məruzə ilə çıxış edərək, Xocalıda törədilən amansız cinayətkarlıqlardan, qəsbkarlıqlardan, vəhşiliklərdən, ürək ağrıdan səhnələrdən danışdı. RİH başçısının çıxışından sonra, “Xocalı soyqırımı” adlı qısametrajlı filmin nümayişi keçirildi. Daha sonra rayon 2 saylı məktəbin şagirdlərinin Xocalı soqırımına aid hazırladıqları qısametrajlı kompazisiyaları nümayiş olunub.

Heydər Əliyev

Вернуться назад