Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/interxeber/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > Biləsuvarda 14 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib
DataLife Engine > Bölgə > Biləsuvarda 14 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib

Biləsuvarda 14 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib


20-04-2021, 05:57. Разместил: inter
Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Təmiz hava” aylığı ilə əlaqədar reyd keçirilib.

“Report” xəbər verir ki, reydin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Reyd zamanı ümumilikdə 14 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.

Вернуться назад