DataLife Engine / Əfqanıstanda üzərində 39 rəqəmi olan avtomobil nömrələri qadağan edilib - FOTO

Əfqanıstanda üzərində 39 rəqəmi olan avtomobil nömrələri qadağan edilib - FOTO

Əfqanıstanda üzərində 39 rəqəmi olan avtomobil nömrələrinin satışı və qeydiyyatı rəsmi olaraq qadağan edilib.

“Khaama Press”in məlumatına görə, bu qərarı ölkənin birinci vitse-prezidenti Əmrullah Saleh açıqlayıb.

39 rəqəmi Əfqanıstanda “sutenyor” mənasını verdiyinə görə, bir çoxları üzərində belə rəqəm olan nömrələri qeydiyyatdan keçirməkdən imtina edirlər və fərqli nömrələr almaq üçün böyük rüşvətlər təklif edirlər.

Salehin sözlərinə görə, görə rüşvət miqdarı bəzən 300 dollara (təxminən, 510 AZN - red.) çatır.

Bildirilir ki, təkcə ötən il məmurlara və polislərə ümumilikdə buna görə təxminən bir milyard dollar (1,7 milyard AZN) rüşvət verilib.
Əfqanıstanda üzərində 39 rəqəmi olan avtomobil nömrələri qadağan edilib - FOTO
Əfqanıstanda üzərində 39 rəqəmi olan avtomobil nömrələri qadağan edilib - FOTO
22-01-2021, 00:21
Вернуться назад