DataLife Engine / İtaliya Jurnalistika Agentliyi: “Dünyanın ən böyük “kabus şəhəri” Ağdama səyahət” - FOTO

İtaliya Jurnalistika Agentliyi: “Dünyanın ən böyük “kabus şəhəri” Ağdama səyahət” - FOTO

“Qafqazın Hirosiması” adlandırılan dağıdılmış Ağdama baxanda VIII əsrdə əsası qoyulmuş bu şəhərdə cəmi 30 il əvvəl 60 min insanın yaşadığına inanmaq çətindir.

Bu barədə İtaliya Jurnalistika Agentliyinin (AGI – Italian Journalist Agency) saytında dərc olunan “Dünyanın ən böyük “kabus şəhəri” Ağdama səyahət” adlı məqalədə qeyd olunub.

“Təsəvvür etmək çətindir ki, əvvəllər burada teatr, kinoteatr, hava limanı var idi, ticarət inkişaf edirdi, Azərbaycanın ən məşhur futbol komandası olan “Qarabağ” komandası oynayıb”, - məqalə müəllifi yazıb.

Məqalədə şəhərdə bir binanın belə salamat qalmadığı və bir vaxtlar insanların gəzdiyi küçələr boyunca səngərlərin göründüyü qeyd olunur.

Müəllif yazır ki, indi Ağdamda hər şey müharibəni xatırladır, həyatdan isə əsər-əlamət yoxdur.

“Qəbiristanlıqlar sistematik şəkildə məhv edilib, erməni əsgərləri və muzdlular qəbirləri təhqir ediblər”, - məqalənin davamında vurğulanır.

Məqalənin sonunda müəllif yazır ki, uzun illərdir əlçatmaz olan Ağdam bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələri ölkənin işğal olunmuş ərazilərini azad etdikdən sonra jurnalistlərin üzünə açılıb:

“Qafqazın bugünkü Hirosiması - acınacaqlı mənzərədir. Ərazidə basdırılmış çoxsaylı minalara görə bu ərazidə həyatın tam öz axarına düşməsi hələ mümkün deyil. Bütün Ağdamın minalardan təmizlənməsi 15 il çəkəcək”.
İtaliya Jurnalistika Agentliyi: “Dünyanın ən böyük “kabus şəhəri” Ağdama səyahət” - FOTO
İtaliya Jurnalistika Agentliyi: “Dünyanın ən böyük “kabus şəhəri” Ağdama səyahət” - FOTO
İtaliya Jurnalistika Agentliyi: “Dünyanın ən böyük “kabus şəhəri” Ağdama səyahət” - FOTO
İtaliya Jurnalistika Agentliyi: “Dünyanın ən böyük “kabus şəhəri” Ağdama səyahət” - FOTO
İtaliya Jurnalistika Agentliyi: “Dünyanın ən böyük “kabus şəhəri” Ağdama səyahət” - FOTO
İtaliya Jurnalistika Agentliyi: “Dünyanın ən böyük “kabus şəhəri” Ağdama səyahət” - FOTO
İtaliya Jurnalistika Agentliyi: “Dünyanın ən böyük “kabus şəhəri” Ağdama səyahət” - FOTO
30-03-2021, 00:24
Вернуться назад