DataLife Engine / Məşhur müğənninin bəstəkar əri daun sindromlu oğluna baxmır

Məşhur müğənninin bəstəkar əri daun sindromlu oğluna baxmır

Bəstəkar Ozan Çolakoğlu daun sindromlu oğluna baxmır.

İnterxəbər xəbər verir ki, bəstəkarın müğənni Gülşənlə olan evliliyindən olan oğlu Azur Bena dünyaya gəldikdən sonra böyük oğlu Kanı unutduğu iddia olunur.

Bəstəkarın daun sindromlu oğluna baxmadığı, onunla maraqlanmadığı bildirilir. Hətta oğlunun özəl dərs və müalicə alması üçün maddi yardım belə etmir. Kana birinci həyat yoldaşının sevgilisi baxır.

Gülşənlə evlənmədən öncə Kanla birlikdə olduğu günlərin hər dəqiqəsini sosial şəbəkə səhifəsində paylaşan bəstəkar 2016-ci ildən bu günə kimi oğlu ilə bağlı heç bir paylaşım etməyib.

Gülşəndən olan oğlu Azur isə Londonda illiyi 100 min lira olan bağçaya gedir. Müğənni də bu səbəblə İngiltərədən özünə 2 milyon lirəyə ev alıb.

Qeyd edək ki, Cütlük 2016-ci ildə ailə həyatı qurub. 2017-ci ildə Azur Bena dünyaya gəlib
23-11-2019, 20:22
Вернуться назад