DataLife Engine / Əməkdar artist Zöhrə Abdullayevanın ölümündən əvvəl çəkilmiş görüntülərini paylaşdı - VİDEO

Əməkdar artist Zöhrə Abdullayevanın ölümündən əvvəl çəkilmiş görüntülərini paylaşdı - VİDEO

Əməkdar artist Gülbahar Şükürlü mərhum Zöhrə Abdullayevanın görüntüsünü paylaşıb.

Oxu.Az"a istinadən xəbər veririk ki, qarmon ifaçısı videonun müğənninin xəstələnməsindən əvvəl çəkildiyini qeyd edib.

Z.Abdullayeva mahnı oxuyarkən G.Şükürlü göz yaşlarını saxlaya bilməyib. O bildirib ki, video müğənninin vəfatında 3-4 ay öncə çəkilib.

“Gözəl sənətkarımız, Allah sizə rəhmət eləsin. Heç inanmağım gəlmir. Çox fani dünyadır, camaat, bir-birinizə hörmət edin, qədrinizi bilin. Hamı növbəsini gözləyir, ancaq rəhmət aparırıq, başqa heç nə”, – deyə əməkdar artist paylaşımında qeyd edib.


23-08-2021, 17:17
Вернуться назад