DataLife Engine / 17 il sonra yenidən sevgili olan ulduzlar - FOTO

17 il sonra yenidən sevgili olan ulduzlar - FOTO

Bir zamanlar “Bennifer” kimi tanınan və 17 il sonra yenidən bir araya gələn Ceniffer Lopez və Ben Afflek cütlüyü Mayamidə paparazilərin obyektivinə tuş gəlib.

“Haber Türk” məlumat verir ki, avtomobillə səyahət edən cütlük birgə günün batmasını izləyiblər.

Lopez nişanlısından ayrılandan sonra, cütlük geçən həftəni Montanada keçiriblər. İki uşaq anası olan Lopez və Afflek bir neçə gün dincələndən sonra Los-Ancelesə geri qayıdıblar.

Lopez və Afflek “The Interest” filminin çəkilişi zamanı tanış olublar, lakin o vaxt məşhur müğənni Kris Juddla evil idi.

Lopezin Juddan boşanmasından sonra onlar nişanlandı. Afflekin nişan üzüyünü taxmadan gecə klublarında əylənməsi və xəyanətdə adının hallanmasından sonra cütlük evliliyi təxirə salıb.

Bundan sonra Afflek Ceniffer Qarner ilə evlənib, Lopez isə müğənni Mark Entoni ilə sevgili olub.
25-05-2021, 07:33
Вернуться назад