Türkiyədə narkotik maddələr saxlamaq və istifadə etməkdə günahlandırılan məşhurlardan aktyor Hakan Yılmaz və sürücüsünün məhkəməsi keçirilib.

Bu gün baş tutan məhkəmədə 20 il həbs olunması istənilən aktyor Hakan Yılmaz dindirilib. O, sürücüsü Əhməd Sağlamın narkotik satışı ilə məşğul olması və bu işi görərkən onun avtomobilindən və nüfuzundan istifadə etməsindən xəbərsiz olduğunu deyib:

“Əhmədin işdən sonra nə etdiyini bilməyim mümkün deyil. Gün ərzində 18 saat çalışırıq. O məni səhər tezdən çəkiliş məkanına aparırdı, gecə ikidən sonra gəlib götürüdü. Çəkiliş zamanı heç kim narkotikdən istifadə edə bilməz. Biz həftədə 120 səhifəyə yaxın ssenari əzbərləyirik. Narkotik istifadəçisi bu qədər səhifəni necə əzbərləyə bilər”.

İstanbul 19. Ağır Cəza Məhkəməsi əməliyyatda tutulanlardan 5 nəfərin azad olunması, Əhməd Sağlamın isə məhkumluk müddətinin artırılmasına qərar verib. Növbəti məhkəmə fevralın 11-nə təyin edilib.

Qeyd edək ki, 6 Avqust 2013 tarixində İstanbul Narkotik İdarəsi təşkil etdiyi əməliyyatda aralarında tanınmış simalar daxil olmaqla 53 nəfər tutmuşdu. Onlar “narkotik ticarəti, maddələrdən istifadə etmək və saxlamaq”da ittiham olunurlar.

Müğənnilər Mehmet Erdem, Koray Candemir, Barış Güney və Cihan Güçlü, rejissorlar Uluç Bayraktar və Mehmet Can Karcı, aktyorlar Kenan İmirzalıoğlu, Engin Günaydın, Sarp Apak, Ersin Korkut, Gökçe Özyol, Murat Yıldırım, Eray Özbal, Cemil Büyükdöğerli, Duygu Yetiş, Kağan Razgırat, Onur Buldu, Şahin Irmak, Murat Eken, Erdem Baş 6-17 il, aktyor Hakan Yılmaz isə 20 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunur. (Qafqazinfo)Tanınmış aktyora 20 il həbs istənildi

Son xəbərlər

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

Bütün xəbərlər