DataLife Engine / “Facebook” hər istifadəçiyə 10 min dollar verə bilər

“Facebook” hər istifadəçiyə 10 min dollar verə bilər

İstifadəçilərinin gizli yazışmalarını oxuduğu üçün dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” məhkəməyə verilib.

1,3 milyard aktiv istifadəçisi olan “Facebook”un yazışmaları izlədiyi və bunun sayəsində hansı istifadəçiyə hansı reklam təklifi göndərmək qərarı verdiyi iddia edilir.

“Facebook” istifadəçisi Matthev Kampbella bununla bağlı məhkəməyə müraciət edib. O, iddiasını sübut edəcəyi halda, sosial şəbəkə hər istifadəçisinə 10 min dollar təzminat ödəməyə məcbur olacaq.

Şirkət rəsmiləri iqtisadi baxımdan bunun “Facebook“un bağlanması demək olduğunu bildiriblər. Onunların sözlərinə görə, “Facebook” heç bir istifadəçisinin şəxsi yazışmalarını oxumur. Bu baxımdan məhkəmədə qalib gələcəklərinə inanırlar./atvxeber
“Facebook” hər istifadəçiyə 10 min dollar verə bilər
27-12-2014, 18:13
Вернуться назад