DataLife Engine / AZƏRBAYCAN ZİYALILARI

AZƏRBAYCAN ZİYALILARI

Media araşdırma mərkəzi və Azərbaycan avropanın saytı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm və təhsil sahəsində göstərdiyiləri uğurlu xidmətlərinə görə "Azərbaycan ziyalısı"adına layiq görülüblər.
Araşdırma kollektivi adından təbrik edirik.
AZƏRBAYCAN ZİYALILARI
Həsənov Sabir Ramazan oğlu 1957-ci il iyun ayının 17-də Naxçıvan MR-in Ordubad rayonunun Kotam kəndində anadan olmuşdur.

1974-cü ildə Ordubad şəhər M.T. Sidqi adına 1№-li orta məktəbi, 1981-cı ildə Y. Məmmədəliyev adına Nax. DPİ-in Təbit – Coğrafiya fakültəsini biologiya əlavə kimya ixtisası üzrə bitirib.

1981-1984-cü illərdə orta məktəbdə müəllim işlədikdən sonra.

1985-ci ildə Azərbaycan SSR EA-nin Genetika və Seleksiya İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1993-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə həmin institutun Sitogenetika labotatoriyasında elmı işçi, 1994-cü ildə böyük elmi işçi, 1995-cı ildən laboratoriya müdiri əvəzi vəzifələrində çalışmışdır. 2003-cü ildə institutun stutukturunda dəyişiklik edildiyindən. AMEA Genetik Ehtiyatlar İnstitutunun “Tərəvəz və Bostan Bitkiləri” şöbəsinin müdiri vəzifəsində calışır.Yerli və xarici nüfuzlu elmi nəşriyyatlarda 95 elmi əsərim çap olunmuşdur.Aperdığı elmi araşdırmaların nəticələrini ölkə daxilində və xarici ölkələrdə keçirilmiş konfrans və simpoziumlarda təqdim etmişdir. Yeni yaradılmiş “Nazlı” yemiş və “Odlu” acı bibər sortlarının müəllifidir. Ailəlidir iki qız övladı var.

AZƏRBAYCAN ZİYALILARI
Çimnaz Tofiq qızı Namazova 1959-cu ildə Fizuli rayonunda anadan olmuşdur. 1976-ci ildə X.B.Natəvan adına orta məktəbi bitirmiş və Azərbaycan Pedoqoji İnstitutunun (APİ) biologiya fakultəsinə daxil olduqdan sonra 1988-ci ildə Azərbaycan SSRİ Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda elmi fəaliyyətə başlayıb.

1988-1992-ci illərdə Moskva şəhərinin Ümumi Genetika İnstitutunda ixtisas artırma kursu keçmişdir. 2006-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcə, 2016-cı ildə genetika ixtisası üzrə dosent elmi adı almışdır.

Elmin inkişaf fondu və Sokarın maliyələşdirdiyi layihələrin iştirakçısı olubdur. “Monoflor bal” ixtirasının və Nazlı yemiş sortunun həmmüəllifidir.

Hal-hazırda Genetik Ehtiyatlar İnstitutunda böyük elmı işçi vəzifəsində çalışır və doktorluq dissertasiyası üzərində işləyir, 57 elmi məqalə və dörd kitabın müəllifidir.

Ç.T. Namazova

Kitab

“Sağlamlığın sirri”

Heç kəsə sirr deyil ki, qidalanma insanın sağlam yaşamasını təmin edən əsas amildir. Qida maddələrindən aldığımız vitaminlər, mikroelementlər hüceyrələrimizin yenilənməsini təmin edir. Araşdırmalar göstərir ki, son dövrlərdə insanlar, xəstəliklərin çoxunu düzgün olmayan qidalanma ilə qazanır.

Müasir dünaymızda kimyəvi əlavələrlə hazırlanmış qidalar insanların sağlamlığına ciddi zərər vurur. Belə qidalar insan orqanizmində lazımsız maddələrin normadan 2-3 dəfə artıq toplanmasına səbəb olur. Belə maddələr orqanizmin müxtəlif nahiyələrində, ən çox isə bağırsaqlarda toplanaraq onların kütləsinin artmasına, soruculuq qabiliyyətlərinin azalmasına və çürümə mühitinin yaranmasına səbəb olur. Bağırsaqların soruculuq qabiliyyətinin azalması ilə əlaqədar yığılıb qalmış qida qalıqları şişir, qıcqırır və ətrafına bakteriya, virus və parazitlər toplayır. Belə orqanizmlərin ifraz etdiyi zəhərli maddələr insanda xoşa gəlməyən hisslər, köpmə, qıcqırma, turşu çoxluğu və müxtəlif xəstəliklər əmələ gətirir. Belə mikroorqanizmləri dərman preparatları vasitəsilə orqanizmdən kənarlaşdırmaq çox çətin olur. Çünki bağırsaqlar dolanmalarından və büküşlərdən ibarət olduğuna görə onlara birbaşa dərman preparatları ilə təsir göstərmək

mümkün olmur. Ona görə də orqanizmdə özünə yuva salmış mikroorqanizmləri birdəfəlik məhv etməyin yeganə yolu aclıqla müalicəüsuludur.

Statistik məlumatlar göstərir ki, müasir dövrdə insanların 70 - 80%-i virus, göbələk və parazit mənşəli xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklərdən qurtulmaq üçün adlarını çəkdiyimiz mikroorqanizmlər orqanizmdən kənarlaşdırılmalıdır ki, bu da yalnız aclıq üsulu ilə mümkündür.

Aclıqla müalicə üsulu hələ 14 əsr bundan əvvəl peyğəmbərlərimiz vasitəsilə insanlara çatdırılmış və bu gün öz elmi təsdiqini tapmışdır. Aclıqla müalicə üsulunun dəyərini Qurani – Kərimi oxumuş görkəmli dünya alimləri anlamış və geniş yaymışlar. Hər il bir ay müddətində orucluq keçirilərək bədənin müxtəlif növ lazımsız maddələrdən təmizlənməsi, sağlamlıq nöqteyi – nəzərindən icra olunmuşdur. Qurani-Kərim yazıldığı dövrdə insanlar bu işin əsl mahiyyətini başa düşmədən icra edirdilər. Sonradan bu məsələ ətrafında geniş araşdırmalar aparıldı və aclıqla müalicənin insanların sağlamlığında əvəzsiz rol oynadığı təsdiq olundu. Bu gün mütəxəssislər sübut edir ki, elə bir xəstəlik yoxdur ki, o aclıqla müalicə üsuluna tabe olmasın. Ən ağır xəstəliklər o cümlədən xərçəng, insult, infarkt, miqren, şəkərli diabet, hipertoniya, qəbizlik, qadın xəstəlikləri, osteoxondroz, osteoporoz, qan xəstəlikləri, yaddaşsızlıq, yuxusuzluq, yorğunluq, damar tutulmaları, damarların kirəcləşməsi, xolestirin, görmə və eşitmə, həzm orqanlarının təmizlənərək öz işini normal yerinə yetirməsi aclıq üsulu vasitəsilə həyata keçirilir.

Mən özüm bu işlərin şahidi olmasaydım aclıq üsulu barədə bu qədər qəti fikir söyləyə bilməzdim. Öz şəxsi təcrübəmə və kitablardan aldığım biliyə əsaslanaraq özümdə olan bir çox xəstəlikləri tamamilə aradan qaldırmışam. İldə iki dəfə yazda və payızda keçirdiyim aclığın nəticələri mənə belə bir nəticəyə gəlməyə əsas verdi ki, aclıqla müalicə üsulu alternativi olmayan bir üsuldur və bu üsulun əhəmiyyətini xəstəlikdən əziyyət çəkən insanlara da çatdırım. Özümə borc bildim ki, kitablar yazıb öz aldığım müsbət nəticələri insanlarla paylaşım. “Sağlamlığın sirri” kitabı da bu məqsədlə yazılmışdır. Kitabda aclığın yaratığı möcüzələrlə yanaşı digər təbii müaləcə üsullarından da bəhs olunur, yaşadığımız gözəl həyatı əzaba çevirən əsəb gərginliklərinin aradan qaldırılmasının, təbii müalicə üsulları vasitəsilə aradan qaldırılmasının, uzun müddətli və effektli olmasının yolları göstərilir. Kitabda cavanlığın, gözəlliyin və sağlamlığın uzun müddət qorunub saxlanması, təbii qidaların, meyvə - tərəvəzlərin bədən hüceyrələrinin yenilənməsində oynadığı müsbət rol işıqlandırılmışdır. Kitabda zəli terapiyası haqda da məlumatlar verilmişdir.
2-05-2019, 15:10
Вернуться назад