DataLife Engine / ADPU-yeniliklərə qucaq açmış qədim təhsil ocağı

ADPU-yeniliklərə qucaq açmış qədim təhsil ocağı

ADPU-yeniliklərə qucaq açmış qədim təhsil ocağı 100 illik tarixə və pedaqoji ənənələrə malik olan, Azərbaycanda pedaqoji kadr hazırlığının ən nüfuzlu ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizdə və onun hüdudlarından kənarda da tanınır. Son illərdə universitetdə geniş miqyasılı islahatlar aparılır. Bu islahatlar yalnız universitetin müəllim və tələbələri arasında deyil, ictimaiyyət arasında da razılıqla qarşılanır. İdarəetmədə demokratiklik, humanistlik, şəxsiyyətyönümlülük, şəffaflıq prinsiplərinə riayət olunması, müasir tələblərə əsaslanan müəllim-tələbə münasibətləri tələbələrdə oxumaq, öyrənmək meylinin güclənməsi, yüksək bilik uğrunda sağlam rəqabət aparılması üçün zəmin yaradır. Universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov və onun komandasının yüksək təşkilatçılığı nəticəsində son üç il ərzində universitetdə tədris, elm, beynəlxalq əlaqələr, ümumtəhsil məktəbləri ilə əlaqə, elmi-pedaqoji kadr hazırlığı və digər sahələrdə bir çox müvəffəqiyyətlər əldə edilmişdir. Universitetdə bütün səviyyələrdə şəffaflaşdırma tədbirləridə öz nəicələrini göstərir. Buda universitetin nüfuzunun artmasına səbəb olmuşdur. Universitet müxtəlif beynəlxalq və yerli əhəmiyyətli layihələrə qoşulur, onların reallaşmasında fəal iştirak edir. Konfranslar, seminarlar yüksək səviyyədə təşkil olunur. Müəlilim və tələbələrin informasiya bazalarının artırılması üçün onların bu proseslərdə iştirakı təmin olunur. İmtahanlarda və digər sahələrdə obyektivlik universitetin, demək olar ki, bütün fəaliyyətinə öz müsbət təsirini göstərmişdir. İmtahanların şəffaf şəkildə keçirilməsi tələbələrin psixoloji basqı altında olmadan, həyəcansız öz bilik və bacarıqlarını nümayiş etdirməsini təmin edir. Universitetdə müəllimlərə göstərilən qayğı, yaradılan şərait də nəzər-diqqəti cəlb edir. Onların elmi-pedaqoji səviyyələrinin artırılması sahəsində bir sıra tədbirlər həyata keçirilir ki, bu da tələbələrin yüksək ixtisaslı mütəxəssislər kimi formalaşmalarına zəmin yaradır. Gənc müəllimlər də universitetin ictimai-siyasi həyatında yaxından iştirak edir, yüksək ixtisaslı kadr kimi yetişmələri üçün yaradılan şəraitdən istifadə edirlər. Gənc müəllimlər müxtəlif təlimlərdə, seminarlarda, forumlarda iştirak edir, tezis və məqalələrlə dövri mətbuatda çıxış edirlər. Müəllimlərin işə qəbulu zamanı şəffaflığa və obyektivliyə riayət olunur. Üç ildir vakant yerlərə müsabiqə elan olunur. Müsabiqədə perspektivi olan hər bir pedaqoq iştirak edə bilər. Onların içərisindən daha yüksək bacarıq və səriştələrə malik olanlar, yüksək nəticə göstərənlər seçilirlər. Bu müsabiqədə iştirak edənlər arasında elmi dərəcəsi olanlar, doktorantlar, dissertantlar da az deyildir. Mən də bu gənc müəllimlər sırasındayam. Ötən il müsabiqə yolu ilə mən də sənədlərini təqdim edənlərdən biri idim. Müsabiqədə iştirak etdim və tam şəffaf yolla təqdim etdiyim dərs müzakirə olunaraq qiymətləndirildi. Mən müqavilə yolu ilə işə qəbul edildim. Pedaqoji Universitetdə biz gənc kadrlara böyük etimad göstərildiyi kimi, həm də işimizə maksimum səviyyədə məsuliyyətli yanaşmaq və keyfiyyətli iş təqdim etmək tələb olunur. Bu islahatların nəticəsində son illərdə universitetimizə yüksək balla qəbul olunan tələbələrin sayı artmış, qəbula verilən dövlət sifarişi demək olar ki, tam yerinə yetirilmişdir. Maddi-texniki bazanın yaradılması, tədrisin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən işlər öz bəhrəsini verir. Universitetimizdə əlaçıların, zərbəçilərin və adlı təqaüdlərlə oxuyanların sayı xeyli artmışdır. Pedaqoji Universiteti seçən abituriyentlərin sayının sürətlə artması onu göstərir ki, bu, yalnız müəllim peşəsinə olan marağın artması deyil, həm də son illər burada həyata keçirilən islahatların, ən başlıcası universitet rəhbərliyinin müvəffəqiyyətli və səriştəli işinin nəticəsidir. Xalidə Həmidova, ADPU-nun Məktəbəqədər təhsil,psixoloji xidmət, korreksiyaedici təlim fakultəsinin müəllimi
23-04-2019, 13:41
Вернуться назад