DataLife Engine / Elm Fədaisi

Elm Fədaisi

Elm Fədaisi
Ömür yoluna nəzər salanda zəngin bioqrafiyaya malik olan Rəna Məmmədova haqqında söz açmaq əslində çox cetindir. Belə demiş söyləmiş ata-babalarımız alimin (ülemanın) mürəkkəbi şəhidlərin qanından üstün tutulur. Elə buna görədə bu zəngin büsbütün həyati bioqrafiyasını sizlərə təqdim edirik.
Rəna Məmmədova (Məmmədova Rəna Azər qızı; d. 27.02.1950, Bakı şəhəri) — Sənətşünaslıq üzrə elmlər doktoru (1991-ci il), Professor, AMEA-nın müxbir üzvü (29.06.2001).
Həyatı
Rəna Məmmədova 27 fevral 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, 1973-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

1978-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda elmi işçi kimi işə başlayır. 1990-cu ildə "İncəsənətin qarşılıqlı əlaqələri" şöbəsini təşkil edib və 25 il ərzində rəhbərlik edir. 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Alimin tədqiqatlarının dairəsi əsasən türk dünyasının mədəniyyəti ilə bağlı olmuşdur. Rəna Məmmədovanın elmi yaradıcılığının ən vacib və mühüm mərhələsini musiqi türkoloqiyasının elmi əsaslarının yaradılması təşkil edir. Bu ad altında 2003-cü ildə Rəna Məmmədovanın monoqrafiyası işıq üzü görmüşdür ki, bu da sənətşünaslıq elminin yeni sahəsinin nəzəri-metodoloji müddəalarının əsasını qoymuşdur.

Rəna Məmmədova Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, "Simurq" mədəniyyət cəmiyyətinin Rəyasət heyətinin üzvü və Azərbaycan Zadəganlar məclisinin üzvüdü.

Təltif və mükafatları
“Azərbaycan bayrağı”
“Qızıl qələm”
“Xalqın nüfuzlu ziyalısı”
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının diplomu
“Simurq” Beynəlxalq medalı
AMEA-nın Fəxri Fərmanı – № 24/1, 12.12.2005-ci il
AMEA-nın Fəxri Fərmanı – № 9/10, 02.04.2010-cu il
Elmi əsərləri
Azərbaycan muğamında funksionallıq problemi. Elm, 1989.
Bakının teatr həyatından. Elm, 2006.
Из истории азербайджанского музыкального театра. Элм, 2006.
Azərbaycan muğamı. Elm, 2002.
Musiqili türkologiyası. Elm, 2002.
Azərbaycan musiqili teatrı tarixindən səhifələr. Elm, 2006.
Rusiya və Qafqaz. 2010.
Xarici keçidlər
Musiqişünaslar
Ulu Tanrı alimlərimizi və üləmalarimizi qorusun amin amin amin.
27-03-2019, 06:28
Вернуться назад