DataLife Engine / Sumqayıtdakı partlayışda bir rəis ölüb, üç fəhlə yaralanıb

Sumqayıtdakı partlayışda bir rəis ölüb, üç fəhlə yaralanıb

Sumqayıtdakı partlayışda bir rəis ölüb, üç fəhlə yaralanıb
Sumqayıtdakı partlayışda bir rəis ölüb, üç fəhlə yaralanıb
Sumqayıt şəhər Prokurorluğu metaləritmə zavodunda baş vermiş partlayışla əlaqədar məlumat yayıb.

Prokurorluqdan bildirilib ki, martın 22-də Sumqayıt şəhəri ərazisində yerləşən STP-3 Metaləritmə zavodunda partlayış baş verməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yerinə Sumqayıt şəhər polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla həmin gün saat 13 radələrində zavodun poladəritmə sexində metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində partlayış baş verməsi müəyyən olunub.

Hadisə nəticəsində fəhlələr Mürşüd Məmmədov, Vüqar Cəlilov, Ceyhun Qaraşovun və sex rəisi Minyaz Seyidəliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Minyaz Seyidəliyev müalicə olunduğu xəstəxanada aldığı xəsarətlərdən 27 mart 2019-cu il tarixdə vəfat edib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Hadisənin baş vermə səbəbləri və təqsirkar şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
28-03-2019, 11:05
Вернуться назад