DataLife Engine / Ukraynada zibil qutusunda içərisində meyit olan çamadan tapıldı

Ukraynada zibil qutusunda içərisində meyit olan çamadan tapıldı

Yanvarın 4-də Ukraynada çoxmərtəbəli binanın yaxınlığında yerləşən zibil qutusunda içərisində qız meyiti olan çamadan tapılıb.

İnterxəbər.Az Znaj.ua-ya istinadən xəbər verir ki, dəhşətli tapıntı Dnepr şəhərinin Qəhrəmanlar prospektində yerləşən yaşayış binasının yaxınlığında aşkar edilib.

“İlkin baxış zamanı ölən qadının 20-30 yaşları arasında olduğu müəyyən edilib. Onun şəxsiyyəti müəyyənləşdirilir. Qızın bədənində zorakılıq əlamətləri yoxdur”, - deyə polis bildirib.

Hadisənin təfərrüatı məhkəmə-tibbi ekspertizasından sonra aydın olacaq.
5-01-2019, 14:47
Вернуться назад