DataLife Engine / Azərbaycanlını qanunsuz qeydiyyata alan rusiyalı saxlanıldı

Azərbaycanlını qanunsuz qeydiyyata alan rusiyalı saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyinin Ryazan vilayəti üzrə əməkdaşları apardıqları yoxlamalar zamanı Azərbaycan Respublikasının vətəndaşının qanunsuz qeydiyyata alındığını aşkar ediblər.

İnterxəbər.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, faktla bağlı 60 yaşlı Sasovo şəhər sakini saxlanılıb.

Məlum olub ki, o, 60 yaşlı azərbaycanlı qadına saxta qeydiyyat verərək, onun Rusiya ərazisində qalmasına yardımçı olub.

Faktla bağlı araşdırmalar davam edir. Qanunu pozan rusiyalını 100 min rubldan (təxminən 2500 AZN) 500 min rubladək (təxminən 12 400 AZN) cərimə gözləyir.
5-01-2019, 14:44
Вернуться назад