DataLife Engine / Bakıda oğurluğa cəhd edən ər-arvada cəza verildi

Bakıda oğurluğa cəhd edən ər-arvada cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa cəhddə və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Qadir Tağıyevin və onun həyat yoldaşı Sevgül Əmirxanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İnterxəbər.Az-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q.Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş S.Əmirxanovaya isə şərti cəza verilib.

İttihama görə, Q.Tağıyev və onun həyat yoldaşı S.Əmirxanova Bakıda kirayə qaldığı Nailə Məmmədovaya məxsus mənzilin mebelini satıblar.

Onlar müştəriyə mebeli və mənzilin özlərinə məxsus olduğunu iddia ediblər. Qonşular ev əşyalarının satıldığını görəndə, N.Məmmədovaya xəbər veriblər.

Qadının şikayəti əsasında Q.Tağıyev həbs edilib, S.Əmirxanova barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Araşdırma zamanı məlum olub ki, Q.Tağıyev başqa şəxsdən hədə-qorxu ilə pul tələb edib.
4-01-2019, 14:02
Вернуться назад