DataLife Engine / Azərbaycan Ziyalısı

Azərbaycan Ziyalısı

Azərbaycan Ziyalısı
Media araşdırma mərkəzi və Azərbaycan avropanın saytı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə
Professor Xatirə Bəşirli"Azərbaycan ziyalısı"adına layiq görülüb.
Araşdırma kollektivi adından təbrik edirik.
Xatirə Bəşirli 1958-ci ilin yanvar ayında Ağdaş rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur.

Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavinidir. 2005-ci ildən YAP Səbail Rayon “Muzeyşünas” ilk ərazi təşkilatının sədridir. Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs demişdir. "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı və dili" fənnindən dərs deyir.
Azərbaycan bədii nəsri və şifahi xalq ədəbiyyatının qarşılıqlı əlaqəsi, nəsrdə folklorizmin ifadə formaları, yazılı mətnin qurulmasında folklor janrlarının yeri və türk xalqlarının epos tarixi, qəhrəmanlıq eposları arasında genetik baxımından oxşarlığın, kök birliyinin, dastan arxitektorikasının araşdırılması baxımından nəzəri nəticələr əldə edilmişdir.

Folklorşünaslıq ixtisası üzrə "“Koroğlu” eposunun poetikası (genezisi və bədii sistemi)" mövzusunda namizədlik (PhD) dissertasiyasını, "XX əsrin əvvəli Azərbaycan nəsri və folklor" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

100dən artıq elmi və tədrisi metodiki iş, 6 monoqrafiya, o cümlədən xaricdə çıxmış 10 elmi əsərin müəllifidir.
6-12-2018, 20:49
Вернуться назад