DataLife Engine / Ərdoğan İlham Əliyevə möhkəm cansağlığı arzulayıb

Ərdoğan İlham Əliyevə möhkəm cansağlığı arzulayıb

Ərdoğan İlham Əliyevə möhkəm cansağlığı arzulayıbƏrdoğan İlham Əliyevə möhkəm cansağlığı arzulayıb
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Oxu.Az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezidentlər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyini əminliklə qeyd ediblər.
25-12-2016, 15:53
Вернуться назад