DataLife Engine / Məmmədyarov Gürcüstana gedir

Məmmədyarov Gürcüstana gedir

Məmmədyarov Gürcüstana gedir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana səfərə gedəcək.

interxeber.az Report-a istinadən xəbər verir ki, Azərbaycan XİN başçısı Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, parlament sədri David Usupaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək.

Səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Eyni zamanda, E.Məmmədyarov Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsini yad edəcək və ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyacaq.
27-08-2016, 17:13
Вернуться назад