DataLife Engine / VİDEO: Təyyarə hava burulğanına düşdü

VİDEO: Təyyarə hava burulğanına düşdü

İnsanlar öz emosiyalarına hakim ola bilmir, çoxu qışqırır və ağlayır.

İnternetdə Uzaq Şərqdə davam edən qasırğaya baxmayaraq, Koreyadan ABŞ-a uçan American Airlines şirkətinə məxsus təyyarənin salonunda çəkilmiş kadrlar yayılıb. Oxu.Az xəbər verir ki, Yaponiya üzərində Boeing güclü hava burulğanına düşür. Videodan təyyarənin havada necə atılıb-düşdüyü və gah bir tərəfə, gah da digər tərəfə əsdiyi, salonda qab-qaşığın necə uçduğu görünür. Təyinat nöqtəsinə uçub çata bilməyəcəyini anlayan ekipaj komandiri təyyarəni təcili qaydada Tokioda yerə endirmək qərarına gəlir. Təyyarənin göyərtəsində iki yüzdən çox adam olub, onlardan ən azı 15-i hava silkələnməsi zamanı xəsarət alıb. Hava limanında onları “təcili yardım” maşınları qarşılayib.
VİDEO: Təyyarə hava burulğanına düşdü
18-12-2014, 15:46
Вернуться назад