DataLife Engine / Gecə saatlarında fəaliyyət göstərən kafe sahibi və müştəriləri CƏZALANDIRILDI

Gecə saatlarında fəaliyyət göstərən kafe sahibi və müştəriləri CƏZALANDIRILDI

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, kafe rayonun Potubəyli kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin icarədarı Z.Məmmədov və orada olan beş müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
2-09-2021, 17:06
Вернуться назад