DataLife Engine / İsveçrədə vaksin olunmayanlar üçün pulsuz testlər qadağan olunur

İsveçrədə vaksin olunmayanlar üçün pulsuz testlər qadağan olunur

İsveçrədə vaksin olunmayanlar üçün pulsuz testlər qadağan olunur.

"Report"un RİA Novosti-yə istinadən məlumatına görə, oktyabrın 1-dən vaksinasiyadan keçməyən şəxslər üçün pulsuz COVID-19 testinin verilməsi qadağan olunacaq.

İsveçrə Federal hökumətinin verdiyi qərara görə, bu qadağa vaksinasiya olunmayan, simptomsuz koronavirus xəstələri və xəstəliyə yoluxmayan insanlara şamil edilir.

12 yaşından aşağı uşaqlar isə burada istisnalıq təşkil edir, çünki onlara peyvənd vurulması qeyri-mümkündür.

Yekun qərar parlamentin kanton və komitələrində aparılan müzakirələrdən sonra avqustun 25-də veriləcək.

11-08-2021, 20:30
Вернуться назад