DataLife Engine / Bakıda çox sayda sursat aşkarlandı – VİDEO

Bakıda çox sayda sursat aşkarlandı – VİDEO

Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində sursat aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.

Hadisə yerinə baxış keçirilərkən ərazidə 91 ədəd 7,62 çaplı güllə, 22 ədəd 5,45 çaplı güllə, bir ədəd döyüş tətbiqinə yararlı UZRQM partladıcı, 1 ədəd döyüş tətbiqinə yararlı “BP-M 75” əl qumbarası, 3 ədəd “DM-11” tüstü minası aşkar edilib.

Aşkar edilmiş sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülüb.


31-05-2021, 20:28
Вернуться назад