DataLife Engine / Ermənistana uçan təyyarədə Azərbaycan dilində danışdılar

Ermənistana uçan təyyarədə Azərbaycan dilində danışdılar

Fevralın 9-da Rusiyanın “Aeroflot” şirkətinin SU 1866 Moskva-İrəvan reysini həyata keçirən təyyarəsində qeyri-adi hadisə baş verib.

Ermənistanın “Joxovurd” qəzetinin məlumatına görə, sərnişinlər öz yerlərini tutduqdan və təyyarə uçuşa başlamağa hazırlaşdığı vaxtda məlum salamlama nitqi səslənib - əvvəlcə rus, daha sonra isə Azərbaycan dilində.

Sərnişinlər arasında əsl panika başlayıb. İnsanlar düşünüblər ki, bu, xüsusi hazırlanmış təxribatdır və onların təyyarəsi Bakıya uçur.

Ekipaj üzvləri sərnişinləri sakitləşdirməyə çalışaraq, baş verənlərin texniki səhv olduğunu izah ediblər.

Bundan başqa məlum olub ki, təyyarə ekipajının komandiri Eduard Ovannisyan da milliyətcə ermənidir. “Joxovurd”un məlumatına görə, nə sərnişinləri Azərbaycan dilində salamlamış ekipaj komandiri, nə də stüardessa Svetlana etdikləri hərəkə görə üzr istəməyiblər
11-02-2015, 20:33
Вернуться назад