DataLife Engine / Azərbaycan ordusunun şəhid hərbçisi dəfn edildi

Azərbaycan ordusunun şəhid hərbçisi dəfn edildi

Altı ay komada qaldıqdan sonra dünən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseyn Xəlilov dəfn edilib.

Oxu.Az xəbər verir ki, o, doğulduğu Nardaran qəsəbəsində torpağa tapşırılıb.

Ötən gün şəhid olan hərbi qulluqçumuz Hüseyn Xəlilovla vida mərasimi keçirilir.

Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və şəhidin yaxınları iştirak edir.

Şəhidimiz Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. O, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komada qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.
26-04-2021, 13:09
Вернуться назад