DataLife Engine / İsrail Qəzzanı yenidən bombalayıb, yaralananlar və dağıntılar var (VİDEO)

İsrail Qəzzanı yenidən bombalayıb, yaralananlar və dağıntılar var (VİDEO)

İsrail Ordusu ötən gecə yenidən Qəzzanın müxtəlif bölgələrinə hava zərbələri endirib.

SalamNews Fələstin Media Mərkəzinin saytı palinfo.com-a istinadla xəbər verir ki, İsrail təyyarələri ötən gecə Qəzzanın cənubunda Rəfəh və qərbində əl-Bric və Xan-Yunis rayonları ərazisinə hava zərbələri endirib.

Məlumata görə hava zərbələri Qəzzanı idarə edən HƏMAS və ona tabe olan hərbi qüvvələrin postları və mövqelərinə endirilib.

Rəfəh rayonuna endirilən zərbələrdə iki nəfər yaralanıb ki, onlardan biri uşaqdır. Dağıntılar var.

İsrail 15-dən 16-a keçən gecə də havadan və artileriyadan Qəzzanın müxtəlif rayonlarını hədəfə alıb.

Qeyd edək ki, Qəzza 2008-ci ildən İsrailin hava, quru və sudan mühasirəsindədir. Misirlə sərhəddə yerləşən Rəfəh keçidi isə məhdud şəkildə açılır.


17-04-2021, 13:04
Вернуться назад