DataLife Engine / Təhsil Nazirliyi 12 illik təhsillə bağlı dəyişiklik edəcək

Təhsil Nazirliyi 12 illik təhsillə bağlı dəyişiklik edəcək

Kənd rayonları üzrə ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov təhsil strategiyasında nəzərdə tutulan 12 illik təhsilə nə zaman keçiləcəyi ilə bağlı açıqlama verib.

Təhsil Nazirliyində bu gün keçirilən tədbirdə 12 illik təhsillə bağlı suala cavab verən A. Əhmədov bildirib ki, Fəaliyyət Planında tədricən 12 illik tədrisə keçid nəzərdə tutulur:” Biz dünyanın inkişaf etmiş ölkələrində 12 illik təhsillə bağlı təcrübəni araşdırırıq. 12 illik təhsilə keçid elə də sadə məsələ deyil.

Bu təhsilə keçidlə bağlı bir sıra məsələlər həll edilməlidir. Tədris planlarında dəyişiklik edilməlidir.

Buna uyğun olaraq da dərsliklərdə dəyişiklik edilməlidir. Bütün bu məsələləri həll etmək üçün biz İşçi Qrup yaradacağıq. Müəyyən müddət ərzində təhsil proqramlarını 12 illik təhsilə uyğunlaşdıracağıq. Bır sıra məsələlər həll edildikdən sonra 12 illik təhsilə nə vaxt keçiləcəyi barədə məlumat veriləcək. İndidən bunu açıqlamaq düzgün deyil”.
Təhsil Nazirliyi 12 illik təhsillə bağlı dəyişiklik edəcəkTəhsil Nazirliyi 12 illik təhsillə bağlı dəyişiklik edəcək
27-01-2015, 20:53
Вернуться назад