Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/interxeber/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > Gürcüstan Bakı-Tbilisi-Qars marşrutunu inkişaf etdirməkdə maraqlıdır
DataLife Engine > Son xəbərlər > Gürcüstan Bakı-Tbilisi-Qars marşrutunu inkişaf etdirməkdə maraqlıdır

Gürcüstan Bakı-Tbilisi-Qars marşrutunu inkişaf etdirməkdə maraqlıdır


22-02-2021, 16:04. Разместил: inter
Bakı-Tbilisi-Qars layihəsinin başa çatdırılması Asiya ilə Avropa arasında malların daşınması üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq və bu da Gürcüstana tranzit üçün əlavə yük cəlb etməyə imkan verəcək.

Apsny.ge xəbər verir ki, bu barədə Gürcüstanın yeni hökumətinin 2021-2024-cü illər üçün proqramında qeyd edilir.


Sənəddə bildirilir ki, Gürcüstan beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya etməyə və tranzit dəhlizinin rəqabət qabiliyyətini artırmaq üçün regional əməkdaşlığı dərinləşdirməyə davam edəcək.

“Partnyor ölkələrlə Gürcüstan üzərindən yük daşınmasının səmərəliliyini və davamlılığını artırmaq üçün tranzit dəhlizinin rəqəmsal təminatı üzərində işləməyi planlaşdırırıq”, - deyə İrakli Qaribaşvilinin parlament tərəfindən dəstəklənməsi nəzərdə tutulan hökumət proqramında vurğulanır.

Вернуться назад