DataLife Engine / Heydərxanlı məscidi yenidən inşa olunur

Heydərxanlı məscidi yenidən inşa olunur

Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi Heydərxanlı məscidi orijinal layihəsi əsasında yenidən inşa olunur.

Report xəbər verir ki, ibadət ocağı ikimərtəbəli olacaq.

Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr hündürlüyündə olacaq. Əlavə olaraq burada axund otağı da yaradılacaq.

Qeyd edək ki, Cəhri qəsəbəsində yerləşən və el arasında Heydərxanlı məscidi kimi tanınan ibadət ocağı Naxçıvanda orta əsrlərdə yaradılan məscidlərdən biridir.

Bu gün Cəhri qəsəbəsində altı məscid və son dövrlərdə tikilən iki mərasim evi var.
11-01-2021, 13:42
Вернуться назад