DataLife Engine / Bakı metrosunda dava düşüb

Bakı metrosunda dava düşüb

Bu gün Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında sərnişinlər arasında dava düşüb

“Bakı Metropoliteni” QSC-nin Mətbuat katibi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev İnterAz-a hadisə ilə əlaqədar açıqlama verib.

O, açıqlamasında bunları deyib: "Bu gün saat 13:21 radələrində Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında sərnişinlər arasında eskalatorda dava düşüb. Hadisə nəticəsində eskalatorun kənarındakı plafonlardan dördü sınıb. Bununla əlaqədar, eskalatorun hərəkəti müvəqqəti dayandırılıb və 13:32-də yenidən bərpa olunub. Hazırda hadisənin baş vermə səbəbi həm tərəfimizdən, həm də metropolitenin polis şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.”


interaz
13-01-2015, 16:31
Вернуться назад