DataLife Engine / Dövlət qurumundakı işinə geri çağırılanlar övladını dərsə necə aparacaq? - AÇIQLAMA

Dövlət qurumundakı işinə geri çağırılanlar övladını dərsə necə aparacaq? - AÇIQLAMA

Dövlət müəssisələrində birinci mərhələdə 30 faiz civarında iş nəzərdə tutulmuşdu. Karantin rejiminin yumşaldılmasından sonra bu rəqəm 50 faizə qaldırıldı.

O Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hələlik 50 faiz ştat cədvəlinə uyğun olaraq dövlət müəssisələrində işin təşkili nəzərdə tutulub:
“Bu istiqamətdə hələlik yenilik yoxdur. Dövlət qurumlarında işin təşkili bu minvalla davam edəcək”.

H.Hacıyev dövlət qurumunda çalışan və övladlarını təhsil müəssisələrinə göndərməkdə çətinlik çəkənlərlə bağlı məqama da aydınlıq gətirib:

“Bu məsələdə çətinlik çəkəcək vətəndaşlar, xüsusilə dövlət sektorunda çalışanlar müəssisə rəhbərlərinə müraciət etsinlər. İş qrafikini buna uyğun həyata keçirsinlər”.
29-08-2020, 15:24
Вернуться назад