DataLife Engine / Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər bərpa olunur

Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər bərpa olunur

Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır.

“Haber Global” xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

Bildirilib ki, avqustun 10-dan etibarən Antalya, Bodrum və Dalamana Rusiyadan uçuşları bərpa edilir. Əlavə edilib ki, müntəzəm reyslərlə yanaşı bu istiqamətlərdə çarter reysləri də həyata keçiriləcək.

Sözügedən reysləri həyata keçirəcək şirkətlər arasında Türk Hava Yolları və Peqasus Hava Yolları da var.

Qeyd edək ki, martın sonundan yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Rusiya və digər ölkələr arasında aviaəlaqələr dayandırılıb.
10-08-2020, 03:41
Вернуться назад