DataLife Engine / Xalqa Xidmət Et ay Heydər Yaqubov !!

Xalqa Xidmət Et ay Heydər Yaqubov !!

Neçə günlərdir ki, bölgələrdə rayonlarda torpaq mülkiyyətçilərinə əkilən torpaqlara görə dövlətimiz tərəfindən verilən subsidiya kartları paylanmaqdadır. Məhz Sabirabad Kapital Bankının qarşısında növbələr necə deyərlər insanlar ət-ətə nəfəs- nəfəsə dayanıblar. Təbii ki bu bədnam koronavirusun tüğyan etdiyi bir dövrdə bu kimi məsələlər qadağandır. Bu isə Sabirabad Kapital Bankının müdiri Sakit Zahidovun heç vecinə deyil. Ən qəliz məsələ odur ki torpaq mülkiyyətçiləri el dilində desək kartını alandan sonra lap əhvalları korlanır çünki torpaq pulunun 75 faizinə kübrə 25 faizi nəqd pul şəklində verilir. Ağır dərddir deyilmi ?! Konkret olaraq bu fırıldaqçılıq fonunda kəndlilərə 1 kisə Kübrə 26 manata başa gəlir. Hələ 8 manatda ciblərindən ümumi formada ödəyirlər. Həə xoruzun quyruğu görünür ha. Deyəsən qapalı alver, gizli İqtisadiyyatdır, axı. Sabirabad DAİM- dövlət aqrar inkişaf mərkəzinin direktoru Heydar Yaqubov bundan yaxşı xəbərdardır. ALLAH naminə desək O, professional kənd təsərrüfatı mütəxəssisidir Ancaq bu sahədə dolaşıq yolları da qəşəng bilir. Aqrar islahatlar zamanı Sabirabad rayonunun iqtisadiyyatının dağıdılmasında, fermalardakı heyvanların həzm- rabedən keçirilməsində pay torpaqlarının sürüşdürülə- sürüşdürülə Kəndlilərə verilməsində Heydar Yaqubovun zəngin xidmətləri olmuşdur. Deyirlərki Bakı şəhəri və Sabirabad rayonunda çoxlu obyektləri vardır. Ay, kişi da olacaqda gör neçə başçılar, nazirlər yola verib. İslahatın müqabilində Sabirabad rayonu Sərxanbəyli kəndində iri ferması peyda olmuşdur. Qayıdaq Kübrə məsələsinə camaatın əsəbləri ilə oynamayın! Xalqa xidmət et məmur ! Hər zaman ölkə prezidenti İlham Əliyev cənabları buyurur bu tapşırığ və tövsiyəni möhtərəm prezidentimizin tapşırığına uyğun olaraq bizdə tələb edirik, xalqa xidmət et Heydar Yaqubov müqəddəs Novruz bayramı ərəfəsində torpaq mülkiyyətçilərinin halal haqqını mənimsəməyin, torpaq pulunu (subsidiyanı) alver predmetinə çevirməyin. Heydar Yaqubov medianın müstəqil fəaliyyətinə qadağa qoyaraq müsahibə verməkdən boyun qaçırır H.Yaqubovun təbirincə desək ay alan torpaq subsidiya əvəzinə Kübrə satıram, laqostik mərkəzlə əlbir olub qəşəng- qəşəng firladiram bu qarışıq məsələyə nəzarət etmek Respublika maliyyə nazirliyinin borcudurmu ? Təyinatı üzrə ayrılan pul vəsaiti verilirmi ? Mövzu gündəmdə saxlanılır. Loğman Əliyev qızıl qələm media mükafatı laureatı
15-03-2020, 17:12
Вернуться назад