DataLife Engine / Azərbaycan Ziyalısı

Azərbaycan Ziyalısı

Azərbaycan Ziyalısı
İnterxəbər və Azərbaycan avropanın saytı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə əsasən,
elm və təhsil sahəsində göstərdiyiləri uğurlu xidmətlərinə görə Paşayev Nəriman "AZƏRBAYCAN ZİYALISI"adına layiq görülüblər.
N.Ə.Paşayev 27.05.1960-cı ildə Azərbaycan Respublikası Gədəbəy rayonunun Hacılar kəndində anadan olmuşdur. N.Ə.Paşayev 1977-ci ildə Gədəbəy rayon Hacılar kənd orta məktəbini bitirmişdir. 1977-1978-ci illərdə Bakı Alüminium Prokat zavodunda (BAPZ) fəhlə işləmiş və 1978-1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 1981-1982-ci illərdə yenidən BAPZ-da fəhlə kimi əmək fəaliyyətə başlamışdır. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinə daxil olmuş və 1987-ci ildə həmin fakültənin coğrafiya üzrə “İqtisadi və sosial coğrafiya” ixtisasını bitirmişdir. 1987-ci ildə universitetin rəhbərliyi onu gənc mütəxəssis kimi təyinatla Azərbaycan MEA-nın Coğrafiya İnstitutuna işə göndərmişdir.
Elmi fəaliyyəti
1987-ci ildən indiyə qədər AMEA coğrafiya institutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1999-cu ildən Coğrafiya institutunda iqtisadi coğrafiya şöbəsinin müdiridir. Elmi fəaliyyəti iqtisadi coğrafiya təbii ehtiyatların qiymətləndirilməsi, təbii-dağıdıcı hadisələrin istehsal - ərazi təşkilinə təsiri, sosial infrastrukturun ərazi təşkili sahələri problemlərinin həlli ilə bağlıdır. 1995-ci ildə «Azərbaycanın Böyük Qafqaz ərazisində təbii-dağıdıcı hadisələrin təsərrüfata təsirinin iqtisadi-coğrafi problemləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Böyük Qafqaz ərazisində sel, sürüşmə və doluvurma hadisələrinin ilk dəfə olaraq sənaye, kənd təsərrüfatı və sosial infrastruktur sahələrə təsir dairəsini öyrənməklə onlara dəyən ziyanın iqtisadi həcmini müəyyənləşdirmiş, yaşayış məntəqələrinin və əhalinin təbii fəlakətlər zamanı ziyançəkmə dərəcəsindən asılı olaraq rayonlaşdırma aparmışdır.Azərbaycan Respublikası Jurnalistlər Birliyinin üzvüdür.[1]

2007-ci ildə 25.00.24 – “İqtisadi-sosial və siyasi coğrafiya” ixtisası üzrə dosent elmi adını almışdır. 2017-ci ildə «Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi problemləri» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 5401.01-İqtisadi coğrafiya ixtisasında coğrafiya üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.

N.Ə.Paşayev bütün həyatını akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna bağlamaqla, 1987-ci ildən hazırda “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası” adlanan şöbədə aparılan elmi hesabatlarda əvvəllər köməkçi, 1990-ci ildən isə müstəqil icraçı kimi iştirak etmiş, iqtisadi-sosial və siyasi coğrafiya elminin ayrı-ayrı sahələri üzrə nəzəri problemlərinin araşdırılması ilə də məşğul olmuşdur. Müəyyən 2 zaman kəsiyində laborantlıqdan baş elmi işçi və şöbə müdiri vəzifəsinə yüksəlməklə elmi və pedaqoji sahədə böyük təcrübə qazanmışdır. N.Ə.Paşayev 2000-ci ildən hazırki dövrə qədər AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası” şöbəsinin müdiri vəzifəsində çalışmaqla yanaşı, BDU-nun Coğrafiya fakültəsində saathesabı dərslər aparmışdır. O, özünü BDU-nun yetirməsi saymaqla, oradan Coğrafiya İnstitutuna müdafiə etmək istəyən doktorantlara, ixtisas artırmada olan müəllimlərə, təcrübədə keçən magistr və bakalavrlara daim yaxından köməklik göstərmişdir. Onun “Azərbaycanın iqtisadi və siyasi coğrafiyası” şöbəsinə rəhbərlik etdiyi dövrdə şöbədə respublikanın müxtəlif təsərrüfat sahələrində və ali məktəblərində yerinə yetirilən 8 coğrafiya üzrə elmlər doktoru və 40-a qədər coğrafiya üzrə fəlsəfə doktoru işi müzakirə olunmuş və Coğrafiya Institutunun İxtisaslaşmış Doktorluq Müdafiə Şurasına təqdim edilmişdir. Hazırda İqtisadi-sosial və siyasi coğrafiya elminin tədqiqat məqsədlərinə müvafiq olan problemləri araşdırmaqla yanaşı, bu sahədə kadr hazırlığının müvəffəqiyyətlə davam etməsi üçün institut rəhbərliyinin köməyi sayəsində böyük işlər aparılır. N.Ə.Paşayevin apardığı tədqiqat işləri əsasən, təbii fəlakətlərin təsərrüfata və əhali məskunlaşmasına təsirinə, regionların sosial-iqtisadi inkişafına, siyasi coğrafiya, iqtisadi və sosial coğrafiyanın təbii ehtiyatlar, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və sosial-infrastruktur kimi mühüm sahələrin öyrənilməsinə həsr olunmuşdur. Bütün bununla yanaşı o, respublikada siyasi və iqtisadi coğrafiya sahəsində tələb olunan kadrların hazırlanmasında doktorant və dissertantların hazırlanmasında da yaxından iştirak edir.

N.Ə.Paşayevin rəhbərliyi altında indiyə qədər 2 namizədlik və 15 magistr dissertasiyası müdafiə olunmuş və o, 4 nəfər doktorantın elmi rəhbəridir. Həmçinin 4 dissertasiya işinin opponenti, 10 kitabın, onlarla dissertasiya və magistr işinin rəyçisi olmuşdur. N.Ə.Paşayev iqitsadi-sosial və siyasi coğrafiyanın müxtəlif problemlərinə dair indiyə qədər 50-yə qədər Beynəlxalq simpozium və konfransların iştirakçısı olmuş və onun 120 elmi və 40-a qədər elmi publisistik əsəri çap olunmuşdur. N.Ə.Paşayev həm də Respublika və beynəlxalq səviyyədə aparılan bir sıra mühüm elmi tədqiqatların müəllifi və müştərək icraçılarından biridir. O, “Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi” (2004), “Аzərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası” (2010), “Azərbaycan Respublikasının Coğrafiyası II cild. İqtisadi, sosial və siyasi coğrafiya” (2015), “Azərbaycan Respublikasının Coğrafiyası III cild. Regional coğrafiya” (2015), “Azərbaycanda yüngül sənayenin ərazi təşkili problemləri” (2017) monoqrafiyalarının və “Böyük Britaniyanın coğrafiyası” (2009), “Аzərbaycanın iqtisadi və sosial coğrafiyası” (2010), “Fransanın coğrafiyası” (2013), “Almaniyanın coğrafiyası” ( 2013) ali məktəb dərsliklərinin və 20 tədris metodiki vəsaitin-proqramın əsas müəlliflərindəndir.

2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ilə əlaqədar akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda uzunmüddətli məhsuldar elmi və elmi-ictimai fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib.
Akademik üzvlülük
1. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında Coğrafiya üzrə ekspert

2. AMEA, ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının üzvü

3. Azərbaycan Coğrafiya Cəmiyyətinin Əsərləri, “Coğrafiya və Təbii resurslar” jurnalının redaksiya heyətinin üzvü

4. FHN-də Sürüşmələr və Risklərin İdarə Edilməsi Komissiyasında ekspert

İştirak etdiyi layihələr
- 2008-2010-cu illər, Sel və daşqınların sosial-iqtisadi qiymətləndirilməsi, Bakı, icraçı

- 2010-2012-ci illər, Şirvan Milli Parkının iqtisadi coğrafi qiymətləndirilməsi, Salyan, icraçı;

- 2012-2013-cü illər, Samur-Yalama Milli Parkının sosial-iqtisadi şəraitinin qiymətləndirilməsi, Xaçmaz, icraçı;

- 2018-2019-cu illər, Avropa Birliyi Su təşəbbüsü plyus Şərq tərəfdaşlığı çərçivəsində “Çay hövzələrinin idarə edilməsi planının inkişafı ilə əlaqədar iqtisadi təhlili, Gəncə və Tbilisi şəhərləri, ekspert;

- 2019-2020-ci illər, Türk Dünyası Ölkələrinin Coğrafiyası, icraçı;

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
1990-2019-cu illərdə 50-dən çox beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib.

Ekoloji baxımdan qeyri-sabit regionların təbii sosial-iqtisadi problemləri mövzusunda elmi müşavirə (Alma-Ata, 1991).
Xəzər dənizinin müasir problemlərinə həsr olunmuş elmi konfrans (Bakı, 1991).
Ekologiyanın müasir problemləri, metodları və onun həlli vasitələri mövzusunda I Beynəlxalq elmi-texniki konfrans (Bakı, 1994).
Azərbaycan XXI əsrin astanasında, elmi-praktik konfrans (Bakı, 1997).
Azərbaycan XXI əsrin astanasında, II elmi-praktik konfrans (Bakı, 1998).
ACC-nin VII qurultayının materialları (Bakı, 1998).
İpək yoluna həsr olunmuş elmi-praktiki konfrans ( Bakı,1999).
Respublikada ehtimal olunan fövqəladə hallarda əhalinin, ərazinin mühafizəsi, tədris problemlərinə həsr olunmuş I beynəlxalq simpozium (Bakı, 2000).
II Beynəlxalq elmi-praktiki konfrans (Bakı, 2001).
Beynəlxalq elmi-praktik konfrans (Bakı, 2001).
Müasir əmlak və qiymətləndirilən fəaliyyətin qanunvericilik təminatı mövzusunda II beynəlxalq elmi-praktik konfrans (Bakı, 2001).
ACC-nin İnsan və təbiət mövzusunda elmi-praktik konfransı (Bakı, 2002).
II Beynəlxalq simpozium (Bakı, 2002).
H.Ə.Əliyevin 80 illiyinə həsr olunmuş konfrans (Bakı, 2003).
Azərbaycanda səhralaşma problemləri, akad. B.Ə.Budaqovun 75 illiyinə həsr edilmiş elmi-praktik konfrans (Bakı, 2003).
Ölkənin dayanıqlı inkişafında fövqəladə halların təsirinin zəiflədilməsinin əhəmiyyəti mövzusunda II beynəlxalq elmi-praktiki konfrans (Bakı, 2003).
Qafqazın dağlıq regionlarının dayanıqlı inkişafına həsr olunmuş konfrans (Tbilisi, 2004).
Coğrafiya fakültəsinin 60 illiyinə həsr olunmuş elmi konfrans (Bakı, 2005).
Şəki-Zaqatala bölgəsinin təbii-dağıdıcı hadisələri və regionun inkişafının ekocoğrafi problemləri mövzusunda elmi-prakrik konfrans (Şəki, 2005).
Azərbaycan respublikası regionlarının sosial-iqtisadi inkişafının aktual problemləri mövzusunda elmi-praktik konrans (Bakı, 2005).
Seysmik risk, zəlzələyə davamlı tikinti və memarlıq problemləri mövzusunda Beynəlxalq konfrans ( Bakı, 2005).
Ekologiya: təbiət və cəmiyyət problemləri mövzusunda beynəlxalq elmi konfrans (Bakı, 2007).
Ekstremal təbii-dağıdıcı hadisələr və onların yaratdığı ekoloji problemlərə həsr olunmuş elmi konfrans (Bakı, 2008).
Coğrafiyanın müasir problemlərinə həsr olunmuş elmi konfrans (Bakı, 2008).
Sənayedə və təhsildə keyfiyyət strategiyası mövzusunda V Beynəlxalq konfrans (Varna, 2009).
BDU-nun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans (Bakı, 2009).
“Fövqəladə hallar və ətraf mühit” Professor Ocaqov Həbib Osman oğlunun 70 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans (Bakı, 2009).
Prof. M.A.Müseyibovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans (Bakı, 2012).
“Fövqəl”-Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi problemləri üzrə mütəxəssislər assosiasiyasının 15 illik yubileyinə həsr olunmuş “Qloballaşma ilə əlaqədar fövqəladə hallara qarşı mübarizənin müasir problemləri” mövzusunda Beynəlxalq Elmi-Praktik konfrans (Bakı, 2012).
H.Ə.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans (Bakı, 2013).
Professor R.X.Piriyevin anadan olmasının 90 illiik yubleyinə həsr olunmuş “Müasir coğrafiya elminin tətbiqi istiqamətləri” mövzusunda elmi-praktik konfrans (Bakı, 2014)
AMEA Coğrafiya İnstitutu, “Azərbaycan Respublikasında demoqrafik inkişaf, əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda respublika elmi konfransı (Bakı, 2016)
“Servis və turizm” mövzusunda VIII Beynəlxalq elmi-praktik konfrans (Sankt-Peterburq, 2016)
Elmi əsərləri
Onun 120 elmi məqaləsi, o cümlədən 6 monoqrafiyası, 5 ali məktəblər üçün dərsliyi, 20 proqramı (həmmüəlliflər daxil olmaqla) və 40-a qədər elmi publisistik əsəri çap olunmuşdur.

1. Şəki-Zaqatala və Şamaxı-İsmayıllı iqtisadi rayonlarında təbii fəlakətlərinin (sel, leysan və dolu) xalq təsərrüfatına təsiri. Azərb. EA-nın «Xəbərləri», «Yer elmləri», ser. № 5-6, 1990, s. 92-96.

2. Стихийные природные явления в Азербайджане и их территориальная организация. Bakı Universitetinin Xəbərləri, 1998, № 4, s. 176-182.3. Şəki-Zaqatala iqtisadi rayonunda təsərrüfatın ərazi təşkilinin müasir problemləri. Xəbərlər, Yer elmləri, B., 2002, №2, s. 87-93.

4. Müasir miqrasiya formalarının elmi-nəzəri, tipoloji və terminoloji problemləri (V. İ. Əhmədovla müştərək). Bakı Universitetinin Xəbərləri Təbiət elmləri seriyası 2002 №4 s. 160-177.

5. Quba-Xaçmaz iqtisadi rayonunda istehsalın ərazi təşkilinin müasir problemləri. Xəbərlər, Yer elmləri, B., 2000, s. 80-82.

6. Şəki-Zaqatala iqtisadi rayonunda kənd təsərrüfatının ərazi təşkili (B.T.Nəzirova və Z.T.İmrani ilə müştərək). Xəbərlər, Yer elmləri, B., 2003, №4, s. 60-64.

7. Təbii fəlakətlərin iqtisadi və sosial coğrafi öyrənilməsi. Monoqrafiya (N.A. Babaxanovla müştərək). Bakı-Elm 2004, 198 s.[2]

MONOQRAFİYA VƏ KİTABLARI
N.Ə.Paşayev. Təbii fəlakətlərin iqtisadi və sosial-coğrafi öyrənilməsi. Monoqrafiya. Bakı, 2004. 198 səh. N.A.Babaxanovun həmmüəllifliyi ilə.
N.Ə.Paşayev. Böyük Britaniyanın coğrafiyası. Dərs vəsaiti. Аzərbaycan Respublikası Təhsil Nazirliyi, Аzərbaycan Dillər Universiteti, “Regionşünaslıq” kafedrası. Bakı, 2009. 192 səh.
N.Ə.Paşayev. Аzərbaycanın iqtisadi və sosial coğrafiyası. Dərslik. Аzərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, “İqtisadi və sosial coğrafiya”, “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” və “Аzərbaycan coğrafiyası” kafedrası. Bakı, 2010. 496 səh. А.А.Nadirov, Q.Ş.Məmmədov, R.M.Məmmədov və b-rının həmmüəllifliyi ilə.
N.Ə.Paşayev. Аzərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası. Monoqrafiya. AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. Bakı, 2010. 416 səh. N.H.Əyyubov və Z.N.Eminovun həmmüəllifliyi ilə.
N.Ə.Paşayev. Fransanın coğrafiyası. Dərs vəsaiti. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, “Regionşünaslıq” kafedrası. Bakı, 2013. 164. səh. G.R.Ağakişiyevanın həmmüəllifliyi ilə.
N.Ə.Paşayev. Almaniyanın coğrafiyası. Dərs vəsaiti. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti, “Regionşünaslkıq” kafedrası. Bakı, 2013. 160 səh. G.R.Ağakişiyevanın həmmüəllifliyi ilə.
N.Ə.Paşayev. Azərbaycan Respublikasının Coğrafiyası “İqtisadi, sosial və siyasi coğrafiya” II cild. Monoqrafiya. AMEA, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. Bakı, 2015. 328 səh.
N.Ə.Paşayev. Azərbaycan Respublikasının Coğrafiyası “Regional coğrafiya” III cild. Monoqrafiya. AMEA, akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. Bakı, 2015. 400 səh.
N.Ə.Paşayev, N.H.Əyyubov, Z.N.Eminov, Z.T.İmrani, G.R.Ağakişiyeva. Azərbaycanda yüngül sənayenin ərazi təşkili problemləri. Monoqrafiya. Bakı, 2017, 170 səh.
N.Ə.Paşayev, M.S.Həsənov, N.S.Bababəyli Z.T.İmrani, Ə.M.Həsənov. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. II Cild. İqtisadi və sosial coğrafiya. Monoqrafiya. Naxçıvan 2018, 384 səh.
N.Ə.Paşayev. Azərbaycan respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi qiymətləndirilməsi. Monoq. Bakı -2018, 372 səh.
Tədris metodiki işləri
“İqtisadi coğrafiya” – bakalavr pilləsində təhsil alan Coğrafiyaçı və İqtisadçılar üçün nəzərdə tutulmuşdur. “Odlar Yurdu” nəşriyyatı. Bakı, 1998. T.Bəhərçinin həmmüəllifliyi ilə.
“Diyarşünaslığın əsasları” - bakalavr pilləsində təhsil alan İqtisadçılar üçün nəzərdə tutulmuşdur. “Odlar Yurdu” nəşriyyatı. Bakı, 1998. T.Bəhərçinin həmmüəllifliyi ilə.
“Аzərbaycan Respublikasının iqtisadi və sosial-coğrafi problemləri” - Magistr hazırlığı üçün nəzərdə tutulmuşdur. Bakı, 2007. N.А.Babaxanovun həmmüəllifliyi ilə.
“Qafqazın iqtisadi coğrafiyası” - bakalavr pilləsində təhsil alan Coğrafiyaçılar üçün nəzərdə tutulmuşdur. Bakı, 2007.
“Qafqazın siyasi coğrafiyası (rus və azərbaycan dilində), Qafqazın iqtisadi coğrafiyası (rus və azərbaycan dilində)” - bakalavr pilləsində təhsil alan tarixçilər üçün nəzərdə tutulmuşdur. Bakı, 2009. Q.V.Məmmədovun həmmüəllifliyi ilə.
“Аzərbaycanın siyasi və iqtisadi coğrafiyası” - bakalavr pilləsində təhsil alan tarixçilər üçün nəzərdə tutulmuşdur. Bakı, 2010.
“Dünyanın siyasi və iqtisadi coğrafiyası” – ali məktəbdə təhsil alan İqtisadçılar və Diplomatlar üçün nəzərdə tutulmuşdur. Bakı, 2010
“Böyük Britaniyanın coğrafiyası (azərbaycan dilində)” - ali məktəbdə təhsil alan Regionşünaslar üçün nəzərdə tutulmuşdur. Bakı, 2010
“Böyük Britaniyanın coğrafiyası (rus dilində)” - ali məktəbdə təhsil alan Regionşünaslar (britaniyaşünaslıq) üçün nəzərdə tutulmuşdur. Bakı, 2010. N.T.Zəkiryəyevanın həmmüəfliyi ilə.
“Avropa ölkələrinin iqtisadi və siyasi coğrafiyası” - bakalavr pilləsində təhsil alan Avropaşünaslar üçün nəzərdə tutulmuşdur. Bakı, 2011. Z.N.Eminovun həmmüəllifliyi ilə.
“Yaxın və Orta Şərq ölkərinin iqtisadi və siyasi coğrafiyası” - bakalavr pilləsində təhsil alan Regionşünaslar (Yaxın və Orta şərq) üçün nəzərdə tutulmuşdur. Bakı, 2011. Z.N.Eminovun həmmüəllifliyi ilə.
“Qafqazın coğrafiyası” - bakalavr pilləsində təhsil alan Qafqazşünaslar üçün nəzərdə tutulmuşdur. Bakı, 2016.
“Argentinanın coğrafiyası” - bakalavr pilləsində təhsil alan Regionşünaslar (Argentinaşünaslar) üçün nəzərdə tutulmuşdur. Bakı, 2016. S.Ə.İsmayılovanın həmmüəllifliyi ilə
“Ərəb ölkələrinin coğrafiyası” - bakalavr pilləsində təhsil alan Regionşünaslar (Ərəbşünaslar) üçün nəzərdə tutulmuşdur. Bakı, 2016. Z.Ə.Dünyamalıyevanın həmmüəllifliyi ilə.
“Hindistanın coğrafiyası” - bakalavr pilləsində təhsil alan Regionşünaslar (Hindistanşünaslar) üçün nəzərdə tutulmuşdur. Bakı, 2016. B.F.Əliyevin həmmüəllifliyi ilə.
“Mərkəzi və Şərqi Avroponın coğrafiyası” - bakalavr pilləsində təhsil alan Regionşünaslar (Mərkəzi və Şərqi Avropaşünaslar) üçün nəzərdə tutulmuşdur. Bakı, 2016. M.K.Tajdehibonabın həmmüəllifliyi ilə.
“Yaponiyanın coğrafiyası” - bakalavr pilləsində təhsil alan Regionşünaslar (Yaponşünaslar) üçün nəzərdə tutulmuşdur. Bakı, 2016. X.R.Yəhyayevanın həmmüəllifliyi ilə.
“Dünyanın siyasi və iqtisadi coğrafiyası” - ali məktəbdə təhsil alan Diplomatlar üçün nəzərdə tutulmuşdur. Аzərbaycan Respublikası Təhsil Nazirliyi, Аzərbaycan Dillər Universiteti, “Regionşünaslıq” kafedrası Dünyanın siyasi və iqtisadi coğrafiyası fənninin (ali məktəblər üçün) proqramı. Bakı, 2019. G.R.Ağakişiyevanın həmmüəllifliyi ilə.
“Böyük Britaniyanın coğrafiyası”- Аzərbaycan Respublikası Təhsil Nazirliyi, Аzərbaycan Dillər Universiteti, “Regionşünaslıq” kafedrası, Böyük Britaniyanın coğrafiyası fənninin (ali məktəblər üçün) proqramı. Bakı, 2019. G.R.Ağakişiyevanın həmmüəllifliyi ilə.
5-03-2020, 14:46
Вернуться назад