Bakı-Sumqayıt-Bakı elektrik qatarı yenə gecikib » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Bakı-Sumqayıt-Bakı elektrik qatarı yenə gecikib


Bakı-Sumqayıt-Bakı elektrik qatarı yenə gecikib

22-11-2019, 11:02
Oxunub: 97
Çap et
Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə olub.

İnterxəbər xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, gecikməyə səbəb bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində yaranmış nasazlıq olub.

Yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib:

“Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir”.
Reytinq: