Pakistan Hindistanla sərhədə hərbi texnika yığıb » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Pakistan Hindistanla sərhədə hərbi texnika yığıb


Pakistan Hindistanla sərhədə hərbi texnika yığıb

12-08-2019, 20:56
Oxunub: 89
Çap et
Pakistan Kəşmir regionu ətrafında yaranan gərginliyə görə hərbi texnikasını sərhədə yerləşdirib.

“RİA Novosti” xəbər verir ki, bu barədə bazar ertəsi hökumətdəki mənbələr bildirib.

Bazar günü Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) üç hərbi təyyarəsi hərbi texnikanı Skarda hərbi bazasına çatdırıb. Hindistan tərəfi Pakistan hərbçilərinin sərhədyanı rayonlarda hərəkətini diqqətlə izləyirlər.

Məlumata əsasən, gətirilən silahlar sonradan hava zərbələrinə dəstək üçün istifadə oluna bilər.

Mənbələrin ehtimalına görə, İslamabadın növbəti addımı Skarda bazasında “Çendu FC-1 Syaolun” bombardmançı təyyarələrin yerləşdirilməsi ilə bağlı olacaq.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Nath Kovind Cammu və Kəşmirin ölkənin əsas qanununun 370-ci maddəsində qeyd olunmuş xüsusi statusunun ləğvi barədə fərman imzalayıb. Federal hökumətin təşəbbüsünə uyğun olaraq, onun yerində ştatdan az hüquqa malik iki müttəfiq ərazi yaradılacaq. Ertəsi gün bu təşəbbüs parlament tərəfindən təqdir edilib.

Pakistan bu addımın qəti əleyhinə çıxış edib. İslam Respublikasının Baş naziri İmran Xan Hindistanın Kəşmir və Cammu ilə bağlı qərarına hüquqi, siyasi və diplomatik cavab hazırlanması üçün xüsusi komitənin yaradılması barədə göstəriş verib.

Ötən çərşənbə İslamabad Hindistanla ikitərəfli ticarətin dayandırılması və bir sıra razılaşmaların yenidən gözdən keçiriləcəyini bəyan edib.
Reytinq: