Media araşdırma və Interxeber saytı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm və təhsil sahəsində göstərdikləri uğurlu xidmətlərinə görə "Azərbaycan ziyalısı"adına layiq görülüblər.
AZƏRBAYCAN ZİYALILARI
prof. Kərimli İrşad Abdul oğlu
1947-ci ildə Göyçay rayonunda anadan olub.

1961-ci ildə orta məktəbin 8-ci sinfini bitirib Göyçay Kənd Təsərrüfatı Texnikumuna daxil olub.
1963-cü ilin dekabr ayından texnikumda oxuyarkən Göyçay avtobazasında ilk əmək fəaliyyətinə başlayıb.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universitetində) təhsil alıb. 1971-ci ildə təhsil aldığı institutun elmi, ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və institutu fərqlənmə ilə bitirdiyinə görə gənc mütəxəssis kimi institutda saxlanılıb. Bir il kafedrada əvvəlcə laborant, sonra isə baş laborant vəzifəsində işlədikdən sonra istehsalatdan ayrılmaqla aspiranturaya daxil olub. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Xarici Dillər İnstitutunun “Siyasi iqtisad” kafedrasına baş müəllim göndərilir.

1979-cu ildə Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunun İxtisaslaşmış Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə edib.

Daha sonra doktorluq dissertasiyası üzərində işləyib. Problem mürəkkəb və çoxcəhətli olduğundan Ukraynaya göndərilib. Kiyev Universitetində doktoranturada oxuyub, tədqiqat işini davam etdirib və dissertasiyasını tamamlayıb.

1994-cü ilin dekabr ayında Kiyev Universitetinin ixtisaslaşmış Elmi Şurasında dissertasiyanı müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. Bir neçə il sonra professor vəzifəsinə seçilib. 1998-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin, 2002-ci ildən isə Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun ixtisaslaşmış müdafiə şurasının üzvü seçilib.

2017-ci ildən UNEC-in Xarici ticarətə dəstək mərkəzinin rəhbəridir.

100-ə yaxın elmi məqalənin, bir neçə monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifidir.

AZƏRBAYCAN ZİYALILARI
Füzuli Əkbər oğlu Nəsirov — Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 15 №-li laboratoriyasının müdiri, kimya elmləri doktoru.
Füzuli Əkbər oğlu Nəsirov 28.09.1952-ci ildə Bərdə şəhərində anadan olmuşdur. O, 1959-cu ildə Bərdə şəhər 1 №-li orta məktəbinə daxil olmuş, 1968-ci ildə yeni açılmış 5 №-li orta məktəbə köçürülmüş və 1969-cu ildə həmin məktəbi əlaçı attestatı ilə bitirmişdir. F.Ə.Nəsirov 1970-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1975-ci ildə oranı əla qiymətlərlə başa vuraraq, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna işləməyə göndərilmişdir. Həmin zamandan bu günə qədər F.Ə.Nəsirov bu İnstitutda mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, baş elmi işçi, qrup rəhbəri vəzifələrində çalışmış və hal-hazırda laboratoriya müdiridir. Füzuli Nəsirov 1978-ci ildə İnstitutun aspiranturasına daxil olmuş, oranı müvəffəqiyyətlə bitirərək 1983-cü ildə “Nikel (kobalt) üzvi ditiotörəmələri əsaslı katalitik sistemlər iştirakı ilə aşağı molekül kütləli polibutadienlərin alınması prosesının ışlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) namizədlik dissertasiyası müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır. Füzuli Əkbər oğlu Nəsirov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 2003-cü ildə “Polibutadienlərin alınması və stabilləşdirilməsi üçün bifunksional katalitik ditiosistemlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması” mövzusunda (“02.00.13 - Neft kimyası” və “02.00.15 – Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1985-ci ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi elmi adına layiq görülmüşdür. O, 1975-2000-ci illərdə AMEA NKPİ-də mühəndis, kiçik və böyük elmi işçi, 1989-1995-ci illərdə “Metalkompleks kataliz proseslərinin texnologiyası” qrupunun rəhəri, 1995-2014-cü illərdə “Metalüzvi kataliz prosesləri” laboratoriyasının müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən indiyə qədər “Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının (15 №-li lab.) müdiri vəzifəsində çalışır. Ailə vəziyyəti: evlidir, 3 oğlu var.


AZƏRBAYCAN ZİYALILARI
Azadə Musabəyli (tam adı: Azadə Şahbaz qızı Musabəyli) — Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu, Türkdilli yazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi.

Elmi fəaliyyəti
Azadə Şahbaz qızı Musabəyli 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirmiş, 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsində çalışır. 1978-82-ci illərdə aspiranturada təhsilini davam etdirmiş, 1982-ci ildə Şərq xalqları ədəbiyyatı ixtisas indeksi ilə filol.ü. fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

1987-89-cu illərdə Sankt-Peterburq Əlyazmalar bölməsində doktoranturada olmuş, 1994-cü ildə Azərbaycan ədəbiyyatı və Türk xalqları ədəbiyyatı ixtisas indeksləri ilə dissertasiya müdafiə edərək, filol. e. doktoru alimlik dərəcəsi almışdır. 1999-cu ildən Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri olan A.Musabəyli 2000-ci ildə "Mətnşünaslıq" ixtisası üzrə dosentlik, 2011-ci ildə "Türk xalqları ədəbiyyatı" ixtisası üzrə professor elmi adlarına layiq görülmüşdür.

İxtisasca türkoloq-mətnşünas olan A. Musabəyli orta əsrlər Azərbaycan-Türkiyə yazılı abiələrinin paleoqrafik-tekstoloji tədqiqi üzrə səriştəli və yüksək ixtisaslı mütəxəssis sayılır. Onun ilkin olaraq üzə çıxararaq, tədqiqata cəlb etdiyi Xəlilinin "Firqətnamə"si (1475), Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi Ruhi Bağdadinin (-1606) Divanı, Seyyid Yəhya Bakuvinin tələbəsi Dədə Ömər Rövşəninin (-1487) "Külliyyat"ı, Şeyx İbrahim Gülşəni Bərdəinin (1427-1534) türk və ərəb divanları kimi əlyazma abidələrinin hər biri ədəbiyyat tariximiz baxımından mühüm hadisə sayıla bilər. Təsəvvüfi poeziya, Türkiyədə və Bağdadda yaranan Azərbaycan ədəbiyyatı, Azərbaycandakı Türkiyə əlyazmaları və sairənin ilkin yazılı qaynaqlar əsasında tədqiqi, xarici ölkələrdəki Azərbaycanla bağlı əlyazmalar haqqında bilgilərin üzə çıxarılaraq sistemli şəkildə təqdim edilməsi A.Musabəyli yaradıcılığının elmi istiqamətlərindəndir.

A.Musabəyli Azərbaycandakı Türkiyə ilə bağlı əlyazmaların üzə çıxarılması, sistemləşdirilməsi, elmi-paleoqrafik təsviri, kataloqlaşdırılması, tekstoloji-filoloji tədqiqi kimi yeni bir elmi istiqamət üzərində çalışmaqdadır. Onun bütün bu araşdırmaları Azərbaycan-Türkiyə ədəbi əlaqələri və türk xalqları ədəbiyyatı kontektsində aparması təqdirəlayiqdir.
Seçmə əsərləri
Azərbaycanda orta çağlar Türkiyə ədəbiyyatını, Azərbaycan-Türkiyə ədəbi və əlyazma əlaqələrini ilkin qaynaqlar əsasında tədqiq edən yeganə elmlər doktoru sayılan A. Musabəyli 200-ə yaxın məqalənin, 20-dən artıq monoqrafik araşdırmanın, dərs vəsaitinin və s. müəllifidir:

Bağdadda yaranan Azərbaycan ədəbiyyatı, B., 1997;
Əlyazma kitabı və XV-XVI əsrlər Azərbaycan ədəbiyyatı: problemlər, araşdırmalar, B., 2002, 342s.;
Dədə Ömər Rövşəni əlyazmaları üzərində araşdırmalar (2 cilddə). B., 2003. I c. 375+VIs.; II c. 498 s.;
Mətn bilgisi-mətnşünaslıq, B., 2005, 182 s.;
Ruhi Bağdadi: mühiti, həyatı, poetikası və Divanı, B., 2005, 952 s.;
XV-XVI əsrlər Azərbaycan mühacirət ədəbiyyatı və Xəlilinin “Firqətnamə”si, B., 2007, 284s.;
Mətnşünaslığın nəzəri və təcrübi əsasları, B., 2007, 200 s.;
Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı və Xəlili “Firqətnamə”si, B., 2010, 382 s.;
Bağdadda yaranan Azərbaycan ədəbiyyatı və Ruhi Bağdadi “Divan”ı (2 cilddə), Bakı, 2011, 964 s;
Şeyx İbrahim Gülşəni Bərdəi və türk Divanı (İlkin qaynaqlar əsasında araşdırmalar və türk “Divan”ı əlyazmalarının müqayisəli mətninin transfoneliterasiyası, orijinal mətnlər və tərcümələr)” (2 cilddə), B., 2012,1215 s.;
Xarici ölkələrdəki Azərbaycan əlyazmalarının toplu kataloqu (3 cilddə), B., 2012,1176 s.;
Dədə Ömər Rövşəni və Külliyyatı (Əlyazma qaynaqları əsasında filoloji-tekstoloji araşdırmalar, elmi-tənqidi mətnin transfoneliterasiyası, orijinal mətnlər və tərcümələr), B., 2013, 643 s. və s.
Digər fəaliyyətləri
A.Ş.Musabəylinin elmi rəhbərliyi, rəsmi opponentliyi ilə çox sayda dissertasiya işi müdafiə olunub. Universitetlərdə "Türk xalqları ədəbiyyatı", "Ümumtürk ədəbiyyatı", "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", "Azərbaycan mühacirət ədəbiyyatı", "Qədim Türk yazılı abidələri", "Mətnşünaslıq-mətn bilgisi" və s. ixtisas fənnlərindən mühazirələr oxumuşdur. Bir çox monoqrafiya və klassik əlyazma abidələrinin nəşrlərinə elmi redaktor, rəyçi olmuşdur. Tanınmış alimlərin onun elmi yaradıcılığı, kitabları haqqında mötəbər toplularda məqalələri dərc edilib. Haqqında müxtəlif ensiklopediya və məlumat kitablarında bilgilər yer almışdır. A.Musayeva müvafiq Elmi, Dissertasiya və Koordinasiya şuralarının üzvüdür.

A.Musabəylinin beynəlxalq simpozium, elmi konfrans, ixtisaslaşdırılmış seminar və başqa mühüm elmi yığıncaqlarda etdiyi məruzələr daima maraqla dinlənilmişdir. Onun qədim və orta əsrlər Azərbaycan-Türk, ümumtürk ədəbiyyatlarının əlyazma qaynaqları əsasında müqayisəli araşdırılması istiqamətində məktəb yaratmağa səy göstərdiyini rəhbərlik etdiyi 25-dən artıq əməkdaşı olan Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi mühiti təsdiqləməkdədir.

MƏMMƏD FƏTƏLİYEV
Fətəliyev Məmməd Böyükxan oğlu 1938-ci il avqustun 25-də Yardımlı
rayonunun Bərcan kəndində anadan olmuşdur. 1956-cı ildə otra məktəbi
bitirmişdir. Həmin ildə Lənkəran Pedaqoji Texnikumuna daxil olmuş və
1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1958-ci ilin noyabrından
1961-ci ilin iyuluna kimi ordu sıralarında qulluq etmişdir. 1961-ci ildə
Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1967-ci
ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1967-1971-ci illərdə Azərbaycan
Dövlət Universitetinin Ümumi tarix kafedrasının aspirantı olmuşdur.
1973-cü ildən Ümumi tarix kafedrasında müəllim vəzifəsində işləməyə
başlamışdır. 1978-ci ildə həmin kafedranın baş müəllimi vəzifəsinə
seçilmişdir. 1981-ci ildə “Türkiyə və Balkan paktı (1929-1938-ci illərdə
Türkiyənin Balkanlarda xarici siyasət problemləri)” mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir. 1985-ci ildə Avropa və Amerika ölkələrinin
yeni və müasir tarixi kafedrasının dosenti seçilmişdir. 1994-2001-ci illərdə
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini vəzifəsində
çalışmışdır. 1999-cu ilin oktyabrında rektorun əmri ilə Avropa və Amerika
ölkələrinin yeni və müasir tarix kafedrasının müdiri təyin edilmişdir. 2001-ci
ildə Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri
vəzifəsinə seçilmişdir və hazırda həmin vəzifədə çalışır. 2006-cı ilin
dekabrında “Türkiyə, Yunanıstan böyük dövlətlərin münasibətlərində (1914-
1923-cü illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
2012-ci ildə professor diplomunu almışdır. 8 monoqrafiyanın (“Türkiyə
diplomatiyası və Balkanlar”; “Türkiyə, Yunanıstan və Böyük dövlətlər I
Dünya müharibəsi ərəfəsində və illərində”; “Yunanıstan, Türkiyə və Böyük
dövlətlər 1919-1922-ci illərdə”; “Balkan Antantasının yaradılması və
fəaliyyəti”), “Türkiyə və Balkan dövlətləri 1929-1938-ci illərdə”, “Türkiyə,
Yunanıstan və böyük dövlətlər Lozan konfransında”, Türkiyə, Yunanıstan və
Böyük dövlətlər beynəlxalq konfranslarda”,
“Турция и Балканские
государства в 1929-1938 гг)(Внешнеполитические проблемы Турции на
Балканах)”
, 120-dən çox elmi məqalənin, proqram və dərs vəsaitinin
müəllifidir. Orta məktəblər üçün Yeni və ən yeni tarix üzrə fənn
proqramlarının hazırlanmasında digər mütəxəssislərlə birgə iştirak etmişdir.
Orta məktəblərin 9-10-cu sinifləri üçün hazırlanmış “Yeni tarix”
dərsliklərinin, ali məktəblər üçün yazılmış “Avropa və Amerika ölkələrinin
müasir tarixi (1945-2002). II hissə” adlı dərsliyin həmmüəllifidir.
1989-cu ildə Bolqarıstanda keçirilən beynəlxalq konfransda məruzə etmişdir.
Respublikada keçirilən onlarla konfransın iştirakçısı olmuşdur.
2009-cu ildə BDU-nun 90 illik yubileyi münasibətilə Təhsil Nazirliyinin
Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif olunmuşdur.




Ağayeva Solmaz Tofiq qızı –

AMEA Geologiya və Geofizika İnstitutunun “Seysmologiya və seysmik təhlükə”
şöbəsinin aparıcı elmi işçisi, g.-m.e.n., dosent.
Anadan olduğum yer- Azərbaycan, Bakı şəhəri. Təvəllüdüm - 3 iyul 1956 il.
Bitirdiyim ali təhsil müəssisəsi - Azərbaycan Neft və Kimya İnstitutu, 1978 il.
Elmi dərəcə - Geologiya- mineralogiya elmləri namizədi (PhD), 1999 il.
Elmi rütbə - “ Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” üzrə
Dosent, 2010 il.
Namizədlik dissertasiyasının mövzusu: “Böyük Qafqazın cənub yamacının
seysmogen strukturlarının elastiki gərginlik sahələri (Azərbaycan ərazisi)“.
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı ~ 50.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüy:
- Seysmologiya üzrə xüsusi şura ( AMEA Rəyasət heyətinin sərəncamı, 25
fevral 2009 il);
- Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının (MAAH) Geodeziya
və Geofizika üzrə Elmi Şurasının elmi katibi.
Pedaqoji fəaliyyət (Fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi):
- Magistratura, 2-ci kurs. Fənnin adı: “Azərbaycanın seysmik
rayonlaşdırılması”. - BDU-nun Geologiya fakültəsinin AMEA Geologiya və
Geofizika İnstitutunun nəznində “Seysmologiya və Yer təkinin fizikası”
kafedrası;
- Magistratura, 2-ci kurs. Fənnin adı: “Yer fiquru nəzəriyyəsi”. - AMEA
Geologiya və Geofizika İnstitutu.
Əsas iş yeri və ünvanı: AMEA Geologiya və Geofizika İnstitutu; Bakı şəh., AZ
1143, H.Cavid pr.,119.
Evliyəm, bir qızım, üç nəvəm var. Qızım ailəsi ilə Almaniyada yaşayır.

Son xəbərlər

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

Bütün xəbərlər