AZƏRBAYCAN ZİYALILARI » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » AZƏRBAYCAN ZİYALILARI


AZƏRBAYCAN ZİYALILARI

11-02-2019, 14:23
Oxunub: 180
Çap et
Media araşdırma və Interxeber saytı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm və təhsil sahəsində göstərdikləri uğurlu xidmətlərinə görə "Azərbaycan ziyalısı"adına layiq görülüblər.
AZƏRBAYCAN ZİYALILARI
Fizika elmləri doktoru, professor Rövnəq Mirzə oğlu Rzayev
12.02.1970- ci il tarixdə Ordubad rayon Biləv kəndində anadan olub. 1986- cı ildə
orta məktəbi, 1992- ci ildə BDU- nun fizika fakültəsini bitirib. 1988-89 – cu illərdə Ordu
sıralarında hərbi xidmıtdə olub.
1992-1995 –ci illərdə BDU-nun fizika fakültəsində əyani aspirant olub. 1996-cı ildən
BDƏKİ- də, 2000- ci ildən isə ADİU- da çalışır. Eyni zamanda 1993-cü ildən etibarən
əvvəlcə Bakı Dövlət Universitetinin “Fiziki elektronuka” kafedrasının nəzdindəki «Bərk
cisim elektronikası» Elmi Tədqiqat Laboratoriyasında, 2006-cı ildən isə Bakı Dövlət
Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnsitutunun «Yarımkeçiricilər fizikası»
şöbəsində elmi işçi vəzifəsində çalışıb.
1998- ci ildə «Disproziumla aşqarlanmış qallium selen monokristallarının
elektron xassələri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizikariyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
2014- cü ildə «AIIIB
VI monoselenidlərinin kristalları tipli laylı quruluşlu
yarımkeçiricilərdə dreyf çəpərlərinin elektron hadisələrinə təsiri» mövzusunda
doktorluq dissertasiya işini müdafiə edərək fizika üzrə elmlər doktoru alimlik dərəcəsi alıb.
2011- ci ildən ADİU- da “fizika və kimya” kafedrasına rəhbərlik edir.
180-dən artıq elmi və elmi-metodiki işlərin, o cümlədən 35-ə qədəri WEB of Science
indeksinə daxil olan jurnallarda 70-dən artıq elmi məqalənin, 35-ə qədər Beynəlxalq
(xarici) və 45- dan yuxarı Respublika səviyyəli konfrans materiallarının, 1 dərslik, 3 dərs
vəsaitinin, 8 proqram və metodiki vəsaitin müəllifidir.
* Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. ”Qızıl
qələm” və “İlin alimi” media mükafatlarının laureatıdır.
Ailəlidir, üç övladı var.

AZƏRBAYCAN ZİYALILARI
ramin İsayev (İramin Namaz oğlu İsayev; d. yeri və tarixi1 dekabr 1942, Daş Salahlı, Qazax) — professor, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun Ümumi pedaqogika kafedrasının müdiri.

Azərbaycan məktəbi və pedaqoji fikir tarixinə dair tədqiqatlar aparmış, A.Səhhətin təlim, tərbiyə haqqında fikirləri ilə əlaqədar ilk tədqiqatın müəllifidir. Azərbaycan məktəb və pedaqoji fikir tarixinə dair ilk proqram və dərs vəsaitlərinin müəllifidir. İctimai əsaslarla apardığı vəzifələr: Azərbaycan Dövlət Pedaqoji Universiteti, FD 02.061 Müdafiə Şurası, Pedaqoji elmlər üzrə şuranın elmi katibi olmuşdur. Hazırda həmin ixtisas üzrə müdafiə şurasının üzvüdür.
1942-ci il 1 dekabr Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur.
1959-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir.
1959-1963-cü illərdə ADPU-nun Pedaqoji fakültəsini bitirmişdir.
1963-cü ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunda pedaqoji fəaliyyətə başlamış;
1965-1968-ci illərdə Sumqayıt şəhər 8 saylı məktəbdə müəllim işləmiş;
1968-ci ildən ADPU-nun İbtidai təhsilin pedaqogika və metodikası kafedrasında baş laborant;
1969-1972-ci illərdə aspirant;
1972-ci ildən Ümumi pedaqogika kafedrasında müəllim;
1975-ci ildən baş müəllim,
1984-cü ildən dosent,
2009-cu ildən professor,
2014-cü ildən Ümumi Pedaqogika kafedrasının müdiridir

AZƏRBAYCAN ZİYALILARI
1945-ci ildə Quba rayonunda anadan olub.

1962-1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil alaraq mühəndis-mexanik ixtisasına yiyələnib. İnstitutu bitirdikdən sonra gənc mütəxəssis kimi “Maşınqayırmanın texnologiyası” kafedrasında işə başlayıb. 1969-1971-ci illərdə ATU-nin “Toxuculuq və yeyinti sənaye maşınları” kafedrasında assistent vəzifəsində işləyib.

1970-1973-cü illərdə Moskva Yüngül Sənayesinin Texnologiyası İnstitutunun məqsədli aspiranturasında oxuyub.
1973-cü ildə Moskva şəhərində vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edib.

1973-1979-cu illərdə ATU-nin “Toxuculuq və yeyinti sənayesi maşınları” kafedrasının assistenti və baş müəllimi işləyib.
1979-cu ildən Azərbaycan Texnologiya İnstitutunda kafedra müdiri, 1984-cü ildən isə eyni zamanda prorektor vəzifəsində çalışıb.

1990-cı ildə Sankt-Peterburq Dövlət “Dizayn və Texnologiya” Universitetində doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru elmi adını alıb. 1991-2000-ci ildən İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının müdiri vəzifəsində işləyir.

1984-1991 SSRİ Xalq Təhsili Nazirliyinin tədris metodiki şurasının üzvü olub.
1993-2008-ci illərdə AR Prezidenti nəzdində AAK-nın texniki elmlər üzrə ekspert şurasının üzvü və “Yüngül və sənaye” bölməsinin sədri olub.

Respublikada və xaricdə nəşr edilən 150-dən artıq elmi-metodiki məqalənin, o cümlədən 8 dərsliyin, 4 dərs vəsaitinin, 3 metodiki göstərişin, 20 fənn proqramının, 8 patentin müəllifidir.

Ailəlidir, bir qızı, iki oğlu və üç nəvəsi var.



AZƏRBAYCAN ZİYALILARI
ƏSMƏD MUXTAROVA
Muxtarova Əsməd İmamməmməd qızı Bakı şəhəri Buzovna qəsəbəsində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diploma ilə bitirmişdir. 1967-1970-ci illərdə Tarix fakültəsinin əyani aspiranturasında təhsil almışdır. 1971-ci ildə SSRİ tarixi kafedrasında müəllim, baş müəllim, 1978-ci ildən dosent vəzifələrində çalışmış, 1999-cu ildə Türk və Qafqaz xalqları tarixi kafedrasının (2012-ci ildən Türk xalqları tarixi kafedrası) müdiri vəzifəsinə seçilmişdir. Hal-hazıra qədər (2019) Türk xalqları tarixi kafedrasının müdiridir.

1974-cü ildə “Azərbaycan SSR-də ali təhsilin inkişafı (1959-1965-ci illər)” mövzusunda namizədlik, 1991-ci ildə “Azərbaycan SSR-də kənd təsərrüfat fəhlələri” adlı doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1995-ci ildə professor elmi adını almışdır. 100-dən çox elmi məqalənin, 18 proqram, 2 dərslik və dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifi, bir çox nəşrlərin elmi redaktorudur. 1999-cu ildə nəşr etdirdiyi “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)” dərsliyinə görə “Xatun” Ədəbi Məclisinin təşkilat komitəsinin qərarı ilə “Sara Xatun” adına fəxri diplomla təltif edilib. Dərslik 2006 və 2014-cü illərdə əlavə və təkmilləşdirilmələr edilərək yenidən nəşr olunmuşdur. 2002-ci ildə “Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və orta əsrlər)” adlı dərs vəsaiti nəşr etdirilib.

1997-ci ildən Ə.Muxtarovanın təşəbbüsü ilə nəşr olunan, təsisçisi və redaktoru olduğu “Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal vasitəsilə beynəlxalq aləmlə əlaqələr yaradılmışdır. Turkiyə, ABŞ, Almaniya, Rusiya, İran, İsrailin Azərbaycan diaspora nümayəndələri jurnalın nəşr olunmuş saylarını əldə etmək üçün redaksiya ilə daimi əlaqə sax-layırlar. Bu günə qədər jurnalın 87 sayı, 1 əlavəsi, 3 xüsusi buraxılışı nəşr olunmuşdur.

Ə.Muxtarovanın rəhbərliyi altında 11 tarix üzrə fəlsəfə doktoru hazırlanmışdır. Hazırda tarix elmləri doktoru üzrə təhsil alan 2 doktorantın elmi məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təhsil alan 8 nəfər doktorantın və dissertantın rəhbəridir.

Ə.Muxtarova Bakı Dövlət Universitetinin Böyük Elmi Şurasının, Tarix fakültəsi Elmi Şurasının, Universitet Nəşriyyat Şurasının, həmçinin Bakı Dövlət Universitetində fəaliyyət göstərən Tarix elmləri üzrə fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsini keçirən Müdafiə Şurasının üzvüdür.

Hazırda türk xalqlarının qədim dövr və orta əsrlər dövrü dövlətçilik tarixi məsələlərini tədqiq edir. Müxtəlif səviyyəli konfranslarda, simpoziumlarda fəal iştirak edir.

2009-cu ildə BDU-nun 90 illik yubileyi münasibətilə Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşdur.


AZƏRBAYCAN ZİYALILARI
Qəribov Yaqub Əli oğlu
Coğrafiya elmləri doktoru, professor
QISA BİOQRAFİK MƏLUMAT

1952-ci il yanvar ayının 01 – də Qəbələ rayonunun (keçmiş Qutqaşen) Nic kəndində anadan olmuşdur.
1969-1973– cü illərdə Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil almışdır.
1973- 1975 – ci illərdə Гябяля rayonunun Çuxur Qəbələ kənd orta məktəbində müəllim işləmişdir.
1976-1977-ci illərdə Belarusiyanın Moqilyov vilayətində Sovet ordusu sıralarında xidmət etmişdir.
1975-1993-cü illərdə AMEA-nın Coğrafiya İnistutunda aspirant, kiçik elmi işçi, elmi işçi,baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
1993-cü ildən BDU-da baş müəllim,dossent,kafedra müdiri vəzifələrində çalışmışdır. Hazırda fiziki coğrafiya kafedrasının müdiri vəzifəsində çalışır.
TƏHSİLİ , ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI



1969-1973– cü illərdə Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil almışdır.
1975-1979-cu illərdə AMEA-nın Coğrafiya institutunnun aspirantura şöbəsində təhsil almışdır.
1983-cü ildə «Şirvan düzünün təbii landşaftlarının antropogen təsirlərlə dəyişilməsi və onun rekonstruksiya məsələləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir
1994-cü ildən isə Fiziki coğrafiya kafedrasında baş müəllim,
1997-2011-ci illər Fiziki coğrafiya kafedrasında dosent
2012-ji ildən fiziki coğrafiya kafedrasının müdiri vəzifəsində çalışır. .
2013-cü ildə «Azərbayjan Respublikasının təbii landşaftlarının antropogen transformasiyası və onların optimallaşdırılması məsələləri» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək coğrafiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
2015 ildən professordur
ƏMƏK FƏALİYYƏTİ

1973- 1975 – ci illərdə Qəbələ rayonunun Çuxur Qəbələ kənd orta məktəbində müəllim
1979-1993 – cü illərdə AMEA-nın Coğrafiya institutunda kiçik elmi işçi, elmi işçi,baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
1992-ci ildən Bakı Dövlət Universitetinun Coğrafiya fakültəsində “Landşaftşünaslıq”, “Ümuni yerşünaslıq”, “Azərbaycanın fiziki coğrafiyası”, “Azərbaycan landşaftları”, “Landşaftlarin antropogen transformasiyası” və s. fənnlərdən mühazirə dərslərini aparır,
1994-cü ildən isə fiziki coğrafiya kafedrasında baş müəllim,
1997-2011-ci illər fiziki coğrafiya kafedrasında dosent
2012-ci ildən bu günə qədər fiziki coğrafiya kafedrasının müdiri vəzifəsində çalışır.
1994-2017-ci illərdə fiziki coğrafiya və landşaftşunaslıq ixtisası üzrə ali məktəb üçün 3 dərsliyin və 3 dərs vəsaitinin orta məktəb üçün azərbaycan və rus dilllərində nəşr olunmuş 8 dərsliyin və 8 metodik göstərişin, 20-dən artıq tədris proqramının, 310-dən artıq elmi məqalənin müəllifidir.Onun 7 monoqrafiyası nəşr olunmuşdur.
1979-2017-ci illərdə respublika, regional və beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Onun əsərləri Böyük Britaniya, Fransa, Avstraliya, Avstriya, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan,Türkmənistan və s. ölkələrinin nüfuzlu curnal və elmi məjmuələrində nəşr edilmişdir.
Coğrafiya fakültəsinin Elmi Şurasının, Azərbaycan Respublikası Təhsil Nazirliyində Coğrafiya bölməsi üzrə Metodik Şuranın, AMEA-nın Coğrafiya institutunda fəaliyyət göstərən D.01.091 Dissertasiya Şurasının, Tələbə qəbulu üzrə Dövlət Komissiyasının coğrafiya üzrə ekspert Şurasının fəal üzvüdür, “Coğrafiya və təbii resurslar ” jurnalının, “Gürcüstanın Su Təsərrüfatının müasir problemləri” və” International Journal of Young Researchers” jurnalarının redaksiya heyətinin üzvüdür.
TƏDQİQAT SAHƏSİ

Landşaftşunaslıq, təbii landşaftların antropogen transformasiyası, landşaftların mühafizəsi, landşaftın optimallaşdırılması
Respublikada müasir landşaftşunaslıq, təbii landşaftların optimallaşdırması, antropogen transformasiyası, landşaftların mühafizəsi, antropogen landşaftşunaslıq sahəsində elmi kadrların yetişdirilməsində fəal iştirak edir.
Elmi rəhbəri olduğu 5 aspirant «fiziki coğrafiya, biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası» ixtisası üzrə coğrafiya elmləri namizədi alimlik dərəcəsini almışdır.



AZƏRBAYCAN ZİYALILARI
Vaqif Kərimov Məmmədkərim
2
İxtisas
Bioloq, Mikoloq
3
Vəzifə
Kafedra müdiri
4
Şöbə
Tibbi biologiya və genetika
Təhsili

Təhsil müddəti
İxtisası

Təhsil müəssisəsinin adı Azərbaycan Dövlət Universiteti


Təhsil müəssisəsinin ünvanı AZ 1037, Bakı, Z. Xəlilov küç.,23

1

1970 - 1979

Bioloq


İş təcrübəsi haqqında



İşləmə müddəti

Vəzifəsi

Müəssisənin adı Azərbaycan Tibb Universiteti


Müəssisənin ünvanı AZ 1022, Bakı, Qasımzadə küç.,14
1

48 il

Dosent

İştirak etdiyi təlimlər və kurslar haqqında



Təlimin müddəti

Təlimin adı

Təlimin keçirildiyi ünvan

1

1999 - 2000

Mikologiya

Bakı



Elmi iş və məqalələr haqqında qısa məlumat



Elmi iş və məqalənin adı

Müəlliflər

Nəşr

1

The specialization degree of wood-destroing basidial fungi on trees in Samur-Davachi lowland forests of Azerbaijan

Karimov V.M., Babayeva I.T., Ganbarov Kh.G.

Deutscher Wissenschaftsherold, German Science Herald, No1, 2017

2

Systematic analysis of tinder fungi spreading in the northern region of Azerbaijan

Karimov V.M., Agayeva S.A.

International journal of innovative research in Science, Engineering and Technology, vol.6, issue 1, 2017

3
Azərbaycanın Şimalında yayılmış ağac çürüdən qov göbələklərinin substrat üzərində yayılması və ixtisaslaşması
Kərimov V.M.
İctimai sağlamlıq və səhiyyə, V cild, Bakı, 2017
Üzv olduğu qurumlar haqqında qısa məlumat
Qurumun adı
1
Yeni Azərbaycan Pattiyası

AZƏRBAYCAN ZİYALILARI
Kərimova Elmira Məmmədəli qızı


Anadan olduğu yer Goranboy rayonu, Qızılhacılı kəndi
Təvəllüdü 01.01.1942
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru
Elmi rütbəsi Professor
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri 01.04.10

- ixtisasın adı Yarımkeçirici və dielektriklər fizikası


- mövzunun adı Monoxalkogenid indium seriyasından olan yeni yarımkeçirici fazaların elektrofiziki xassələrinin tədqiqi


Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri 01.04.10

- ixtisasın adı Yarımkeçirici və dielektriklər fizikası

- mövzunun adı Aşağı ölçülü yarımkeçirici materialşünaslığın fiziki əsasları

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 550
- xaricdə çıxmış elmi əsərlərinin sayı 244

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 120


Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 12 m.ş., 10patent, 1 kitab
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı 6

- elmlər doktorlarının sayı 3

Əsas elmi nailiyyətləri Tl(In,Ga)CVI, TlMC2VI və AIMC2VI (harakı M-In, Ga, Co, Ni, Fe, Cr, Mn, Dy, Er, Yb, Sm; A-Cu, Ag, Au; C-S, Se, Te) tipli mükəmməl zəncirvari və laylı monokristalların yetişdirilmə texnologiyası işlənilib; bu kristalların müxtəlif xarici amillərin (elektrik və maqnit sahəsi, temperatur, təzyiq, lazer şüalanması, rentgen-qamma şüalanması, elektron və neytron bombalanması) təsiri altında elektrik, fotoelektrik, istilik, maqnit və optik xassələri öyrənilib, rentgen-qamma datçikləri, tenzo və vibrodatçikləri, təzyiq datçikləri, elektromaqnit şüaları çeviriciləri hazırlanıb.
Elmi əsərlərinin adları 1. G.D.Guseiniov, E.Mooser, E.M.Kerimova et al. On some properties of TlInS2(Se2,Te2) single crystals, Phys. Status solidi, 1969, V.34, № 1, P.33-33.
2. Э.М.Керимова, С.Н.Мустафаева, А.Б.Магеррамов. Влияние примесей Ag, Cu, Sn на электрические и фотоэлектрическме свойства TlInSе2, Изв. РАН, серия Неорган. материалы, 1997, т.33, №11, с.1325-1327.

3. E.M.Kerimova, G.D.Guseinov, F.I.Mamedov. Physical and chemical analysis and diagrams of state in AIB3C26- TlB3C26 systems, Turkish Journal of Physics,Turkey, 1997, Vol.21, №2, pp.225-231.

4. E.M.Kerimova, S.N.Mustafaeva, D.A.Guseinova, I.Efendieva, T.S.Mamedov, Z.Salaev, K.Allakhverdiev. The influence of hydrostatic pressure on the electrical conductivity and optical properties of chain-layered TlInSe2-TlInS2solid solutions, Phys. Stat. Sol.(a), 2000, V.179, p.199-203.

5. Z.Seidov, H.A.Krug von Nidda, J.Herberger, A.Loidl, G.Sultanov, E.Kerimova, A.Panfilov. Magnetic susceptibly and ESR study of the covalent-chain antiferromagnets TlFeSe2, Phys. Rev. B, 2001, Vol.65, p.014433-1-7.

6. E.M.Kerimova, S.N.Mustafaeva, A.I.Jabbarly, G.Sultanov, A.I.Gasanov, R.N.Kerimov. New magnetic semiconductors on the base of TlBVI-MBVIsystems (Me-Fe, Co, Ni, Mn; B-S, Se, Te), Physics of Spin in Solids: Materials, Methods and Applications. NATO Scienes: II Mathematics, Physics and Chemistry, 2004, v.156, p.195-2006.

7. E.M.Kerimova, S.N.Mustafaeva, Yu.G.Asadov, R.N.Kerimov. Synthesis, growth and properties of TlGa1– xYbxS2crystals, Crystallography Reports, 2005, V.50, Suppl. 1, P.S122–S123.

8. F.A.Mikailov, S.Kazan, B.Z.Rameev, A.M.Kulibekov, E.M.Kerimova, B.Aktash. Twinned EPR spectra of Fe3+centers in ternary layered TlGaS2crystal. Solid State Communications, 2006, V.138, pp.239-241.

9. M.Yu.Seyidov, E.M. Kerimova, R.K.Veliyev, R.N.Kerimov, F.A.Mikailov. Phase relations in ferroelectric/ferromagnetic TlInS2-TlCoS2and TlGaSe2-TlCoSe2systems. Journal of Alloys and Compounds, 453, 2008, p. 503-507.

10. A.M.Ulubey(Kulubey), E.A.Gunay, T.K.Baykara, D.A.Huseynova, M.A.Nizametdinova. E.M.Kerimova, Z.Yu. Salayeva Lattice dynamics of ternary antiferromagnetic TlFeS2crystal. Journals of Optoelectronics and advanced materials- Symposia .2009 vol 1, №3, P.301-304.

11. Mustafaeva S.N.,Gasymov Sh.G., Kerimova E.M., Asadov M.M. Electrical properties of TlGaTe2single crystals under hydrostatic pressure // Journal of Physics and Chemistry of Solids. 2011. v.72. № 6. P. 657-660.

12. Шелег А.У.,Зуб Е.М., Ячковский А.Я., Мустафаева С.Н., Керимова Э.М. Рентгенографические исследования кристаллов системы (TlInSe2)1-x(TlGaTe2)x// Кристаллография, 2012, т.57, №2, с.332 ¬¬¬- 334.

13. R.G. Veliyev,Mir-Hasan Yu. Seyidov, E.M. Kerimova, N.Z. Gasanov, R.Z. Sadikhov, Yu.G. Asadov, F.M. Seyidov. Phase Transitions and their co-existence in the TlGaSe2-TlCrS2(Se2) system. Bull. mater. Sci., 2013, v.36, No4, pp.693-698. IF 0.584.

14. Шелег А.У., Шевцова В.В., Гуртовой В.Г., Мустафаева С.Н., Керимова Э.М. Низкотемпературные рентгенографические исследования монокристаллов TlInS2, TlGaS2и GaSe2 Поверхность, рентгеновские, синхротронные и нейтронные исследования, 2013, №11, c. 39–42. IF 0.359.

15. Керимова Э.М. Кристаллофизика низкоразмерных халькогенидов. Баку, Елм, 2012, 708.

16. Pashaev A.M., Mustafaeva S.N., Керимова Э.М. Dielectric coefficients and conductivity of TlErTe2crystal in alternate electric fields. Azerbaijan Journal of Physics, 2013, V.XIX, No2, Section: En, p.43–45.

17. Шелег А.У., Шевцова В.В., Гуртовой В.Г., Мустафаева С.Н., Керимова Э.М. Низкотемпературные рентгенографические исследования монокристаллов TlInS2, TlGaS2 и TlGaSe2 Поверхность, рентгеновские, синхротронные и нейтронные исследования, 2013, №11, c. 39–42. IF 0.359.

18. Керимова Э.М. Кристаллофизика низкоразмерных халькогенидов. Баку, Елм, 2012, 708.

19. Pashaev A.M., Mustafaeva S.N., Керимова Э.М. Dielectric coefficients and conductivity of TlErTe2 crystal in alternate electric fields. Azerbaijan Journal of Physics, 2013, V.XIX, No2, Section: En, p.43–45.

20. Mustafaeva S.N., Asadov M.M., Kerimova E.M. Gasanov N.Z.Dielectric and optical properties of TlGa1-xErxS2(x=0, 0.001, 0,005, 0,01) Single Crystals// Inorganic Materials. 2013.V.49. No12, P.1175-1179.

21. Аскеров Э.Б., Мададзада А.И., Бескровный А.И., Исмаилов Д.И., Мехдиева Р.Н., Джабаров С.Г., Керимова Э.М., Неов Д. Нейтронографическое исследование TlFeS2 и TlFeSe2 при низких температурах // Поверхность. Рентгеновские, Синхротронные и Нейтронные Исследования. 2014. №12. С.1-6.

22. Аскеров Э.Б., Тоан Д.Н., Бескровный А.И., Мададзада А.И., Исмаилов Д.И., Мехдиева Р.Н., Джабаров С.Г., Керимова Э.М. Магнитная структура в халькогенидах TlFeS2 и TlFeSe2 // ФТП, т.49, вып.7, 2015, с. 899-903.

23. Mustafaeva S.N., Kerimova E.M., Gasanov A.I. Synthesis, Roentgenophase Analysis and Physical Properties of TlIn1−xErxSe2 Solid Solutions // Acta Physica Polonica A. 2015. V. 128. № 4. P. 697-699.

24. Mustafaeva S.N., Asadov M.M., Jabbarov A.I., Kerimova E.M. Electrical conductivity and Thermoelectric Pover of (TlInSe2)0,2(TlGaTe2)0,8 Crystals // Inorganic materials. 2015. V.51. No 3. P.220-224.

25. M.Kulik, Э.Б.Аскеров, А.И.Мададзада, A.Olejniczak, Д.И.Исмаилов, Р.Н.Мехдиева, А.И.Бескровный, В.К.Семина, В.А.Скуратов, А.А.Сафарзаде, Э.М.Керимова. Влияние облучения ионами ксенона с энергией 167 МэВ на структуру и свойства поверхности TlFeS2. Поверхность, 2016. T.19, №3, с. 115-120.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 2001-ci ildən ABŞ Bioqrafiya İnstitutu nəzdində Tədqiqatların Məsləhətçi Şurasının üzvü seçilmişdir
Pedaqoji fəaliyyəti
4 il pedaqoji staj

Digər fəaliyyəti
Təltif və mükafatları 1. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanına layiq görülmüşdür.
2. ABŞ Bioqrafiya İnstitutyu tərəfindən "2001 və 2002-ci i illərin beynəlxalq qadını" adına layiq görülmüşdür.

3. 2008-2013-ci ildə Amerika Bioqrafiya İnstitutu “Dünyanın aparıcı intellektualları” adına layiq görülmüşdür.

Əsas iş yeri və ünvanı AMEA Fizika İnstitutu, AZ1143, Bakı ş., H.Cavid pr., 131
Vəzifəsi “Kristallofizika” lab. rəhbəri



AZƏRBAYCAN ZİYALILARI
QISA BİOQRAFİK MƏLUMAT

1951-cı il, yanvarın 8-də Qərbi Azərbaycanda Krasnoselo rayonunun Çaykənd kəndində anadan olub.

1958-1964 cü illərdə Çaykənd kəndində, 1964-1966 cı illərdə Azərbaycan Respblikasının Qazax şəhərundə, 1966-1968 ci illərdə isə Bakı şəhəri fizika- riyaziyyat təmayüllü 1 saylı internat məktəbində oxuyub.

1968-1973 cü illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şö­bə­sin­də təh­sil alıb.

1973-1977-ci illərdə təyinatla BDU-da işləyib.

1977-1993 cü ilədək SDU-da (keçmiş Sumqayıt ATTM) işləyib.

1992-ci ilin iyunundan 1993-cü ilin noyabrına qədər Sumqayıt şəhər İH-də işləyib.

1994-2014 cü ilədək ARDNŞ-ın “Neftqazelmitədqiqatlayihə” institutunda işləyib.

2000-ci ildən BDU-da saathesabı qaydada dərs aparmış, 2012-ci ildən etibarən isə yarımştat dosent əvəzi olmuşdur.

2015-ci ildən tam ştatla BDU-da dosent vəzifəsinə seçilmişdir.

2016-cı ilin yanvarından Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrasının müdiridir.

Ailəlidir, iki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1968-1973 tələbə, Mexanika-riyaziyyat fakültəsi, Bakı Dövlət Universiteti

1973-1976 dissertant, Bakı Dövlət Universiteti

1982-ci il f.-r.e.n.”Qeyri xətti ani elastiki deformasiyanın sürüncəklik deformasiyasında nazik divarlı konstruksiya elementlərinin yükdaşıma qabiliyyətinə təsiri” Azərbaycan Dövlət Universiteti, Bakı şəhəri

1989-cu il Mexanika kafedrası üzrə dosent



ƏMƏK FƏALİYYƏTİ

2016-dan kafedra müdiri,Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası,Mexanika-riyaziyyat fakultəsi, BDU

2015-2016, dosent, Nəzəri mexanika və bütöv mühit mexanikası kafedrası,Mexanika-riyaziyyat fakultəsi, BDU

2014, mühəndis,Praktikal salyuşn Qrup MMC

1994-2014, böyük elmi işçi, laboratoriya müdiri, aparıcı elmi işçi Neftqazelmitədqiqatlayihə institutu, ARDNŞ

1992- 1993 Sumqayıt şəhər İH

1977-1993, assistent, baş müəllim, dosent, kafedra müdiri, Mexanika kafedrası , SDU (keçmiş Sumqayıt ATTM)

1973-1977, mühəndis, baş laborant, laboratoriya müdiri, Nəzəri mexanika kafedrası,Mexanika-riyaziyyat fakultəsi, BDU

1973, Təhsil Nazirliyinin təyinatı, Nəzəri mexanika kafedrası,Mexanika-riyaziyyat fakultəsi, BDU

57 elmi məqalənin və 3 metodik işin müəllifi, ARDNŞ-in 16 indeksləndirilmiş elmi-tədqiqat müqavilələri üzrə hesabat işlərinin rəhbəri və məsul icraçısı .

3 elmlər namizədi yetişdirmişdir



TƏDQIQAT SAHƏSI

1. Bütöv mühit mexanikası:

Deformasiya olunan bərk cisim mexanikası.Maye və qaz mexanikası.

2.Manipulyatorlu robotların dinamikası



BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1984, Novosibirsk,SSSR: Всесоюзная конференция по механики деформируемого твердого тела.

1996,Bakı, Azərbaycan:II Международная Каспийская Конференция по Нефти и Газа

2016,Bakı,Azərbaycan: prof. Y.C.Məmmədovun 85 illiyinə həsr olunmuş beynəlxalq konfrans

2016, Minsk, Belarusiya: XII Международная математическая конференция

2016, Voronej, Rusiya: 1Х Всероссийская конференция по механике деформируемых твердых тел

AZƏRBAYCAN ZİYALILARI
Rəhmanov Rəhman Ağaverdi oğlu

Anadan olduğu yer Azərbaycan Respublikası, Siyəzən rayonu, Sədan kəndi
Təvəllüdü 22.03.1941
Bitirdiyi ali təhsil müəssisəsi S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi Geologiya- minerologiya elmləri namizədi
Elmi rütbəsi
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri 04.00.17

- ixtisasın adı “Geologiya, neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı”


- mövzunun ad «Siyəzən neftli rayonunun neft-qaz yataqlarının formalaşma şəraiti və səmərəli axtarış-kəşfiyyat işləri kompleksi»


Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 73

- xaricdə çıxmış elmi əsərlərinin sayı

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
Kadr hazırlığı:
- fəlsəfədoktorlarının sayı


Əsas elmi nailiyyətləri Azərbaycanın perspektivli neft-qaz yataqlarının axtarışı, Xəzər dənizinin Azərbaycan sektorunda 1:2000000 miqyasda geoloji xəritənin tərtibi
Elmi əsərlərinin adları
1.“Samuryanı zonada aparılacaq geofiziki və axtarış kəşfiyyat işlərinin metodikasına dair”. Azərbaycanda Geofizika yenilikləri, 2008, №1-2, (həmmülliflər: Abdullayeva S.S.).

2. «Геотектоническое районирование Северного Азербайджана и прилегающей территории Южного Дагестана в связи с оценкой перспектив нефтегазоносности». Azərbaycanda Geofizika yenilikləri, 2014, № 1-2, (həmmülliflər: Abdullayeva S.S.).

3.Kür-Qabırrı çaylararası zonasında Paleogen çöküntülərinin neft-qazlılıq perspektivlərinin litofasial meyarları. Azərbaycanda Geofizika yenilikləri, 2016, №3-4, (həmmüəlliflər: Abbasova S.V., Abdullayeva S.S.)

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Pedaqoji fəaliyyəti
Digər fəaliyyəti
Təltif və mükafatları
Əsas iş yeri və ünvanı AMEA Geologiya və Geofizika İnstitutu, H.Cavid pr., 119, AZ1143
Vəzifəsi Aparıcı elmi işçi

AZƏRBAYCAN ZİYALILARI
Sarıcanov Əlişah Əli oğlu


Anadan olduğu yer Əli-Bayramlı rayonu, Xalac kəndi

Təvəllüdü 10.03.1939
Bitirdiyi ali təhsil müəssisəsi S.M. Kirov adina Azərbaycan Dövlət Universitutu, kimya fakültəsi
Elmi dərəcəsi
Kimya üzrə fəlsəfə doktoru

Elmi rütbəsi Böyük elmi işçi
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

- ixtisas şifri 2314.01

- ixtisasın adı Neft kimyası

- mövzunun ad С4-С5 parafin karbohidrogenlərinin dehidrogenləşmə reaksiyasında nadir və nadir torpaq element oksidlərinin alümoxrom kataliztorunun aktivliyinə təsirinin tədqiqi.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 200

- xaricdə çıxmış elmi əsərlərinin sayı 60

- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 10



Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 8
Kadr hazırlığı:

- fəlsəfə doktorlarının sayı 3



Əsas elmi nailiyyətləri Təbii və sintetik seolitlərin keçid elementlərinin kationları ilə modifikasiyası əsasında modifikasiya olunmuş seolit katalizatorlarının sintezi. Sintez olunmuş katalizatorlar üzərində qaz fazasında alifatik spirtlərin parsial oksidləşməsi və sirkə turşusu ilə efirləşmə reaksiyalarının tədqiqi, bu reaksiyalar üçün yüksək aktiv və selektiv katalizatorların seçilməsi və kinetikasının öyrənilməsi.
Elmi əsərlərinin adları

1. Алиев А.М., Шабанова З.А., Сарыджанов А. А., Бахманов М.Ф. Кинетика окислительного дегидрирования изобутилового спирта на биметаллцеолитном катализаторе CuPdNaY // Известия высших учебных заведений "Химия и химическая технология". Иваново, 2009, №11, с.106.
2. Алиев А.М., Гасанов Э.А., Сарыджанов А. А. Кинетика реакции парциального окисления н-бутена на цеолите CаNaY, модифицирован¬ном катионами меди и палладия // Известия высших учебных заведений "Химия и химическая технология". Иваново, 2012, т.55, вып. 10, с.81.

3. Алиев А.М., Шабанова З.А., Наджаф-Кулиев У.М., Меджидова С.М., Али-заде Г.А. Селективное окислительное дегидрирование циклогексана в циклогек-садиен-1,3 на модифицированных цеолитных катализаторах // Нефтепереработка и нефтехимия. 2013, № 5, с.27

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Pedaqoji fəaliyyəti 2011-2013-cü illərdə Lənkəran Dövlət Universiteti
Digər fəaliyyəti
Təltif və mükafatları
Əsas iş yeri və ünvanı AMEA akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Az1143, Bakı ş., H.Cavid pr. 113
Vəzifəsi Aparıcı elmi işçi

AZƏRBAYCAN ZİYALILARI
Elman Osman oğlu İsgəndər — biologiya elmləri doktoru, BDU-nin professoru, Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri.
Elman İsgəndər 1955-ci il aprel ayının 5-də Ermənistan SSR Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. 1962-ci ildə orta məktəbin 1-ci sinfinə başlamış, 1972-ci ildə orta məktəbi bitirmişdir.

1973-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ildən 1983-cü ilə kimi İsmayıllı rayonunda təyinatla müəllim işləmişdir.
1983-cü ildə Azərbaycan Respublikası EA Botanika institutunda aqronom vəzifəsinə işə götürülmüşdür. 1984-cü ildə “Botanika” ixtisası üzrə aspiranturaya daxil olmuş və 1989-cu ildə “Qafqaz florasına aid nadir və nəsli kəsilməkdə olan ağac-kol bitkilərinin Abşeronda bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Sonrakı illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçı, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.

1995-ci ildə dosent diplomu almışdır.

2000-ci ildən 2007-ci ilə qədər Türkiyədə Qaziantep Dövlət Universitetində Botanika Bağı yaratmaq və Biologiya bölümündə ders demək məqsədi ilə orada dosent vəzifəsində çalışmışdir.

2012-ci ilin yanvar ayında “Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin, reproduksiyasının və repatriasiyasının elmi əsasları” mövzusunda biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamış, müvəffəqiyyətlə müdafiə etmiş və biologiya elmləri doktoru elmi dərəcəsi almışdır.

2014-cü ildən Bakı Dövlət Universitetinin “Bioekologiya” kafedrasında professor vəzifəsinə seçilmişdir. Hal-hazırda AMEA Mərkəzi Nəbatat Bağında “Ağac və kol bitkiləri” laboratoriyasının müdiri vəzifəsində çalışır.

Azərbaycan florasına aid nadir və nəsli kəilməkdə olan ağac və kol bitkilərinin bioekoloji xüsusiyyətləri, introduksiyası, morfogenezi, reproduksiya və reintroduksiyası in situ və ex situ şəraitində müqayisəli şəkildə tədqiq edilmiş, həmin bitkilərin areallaının kiçilmə səbəbləri aşkar edilərək onların təhlükə kateqoriyaları müəyyənləşmis və mühafizə edilmələri üçün təkliflər verilmişdir. Yaşıllaşdırmada istifadəsi üçün perspektivli növlər aşkar edilərək, istifadələri üçün təkliflər hazırlanmış və ilk dəfə Abşeron şəraitində ağac və kol bitkilərinin introduksiyasının perspektivliyinin qiymətləndirilməsi üçün şkala hazırlanmışdır

AZƏRBAYCAN ZİYALILARI
Qəzənfər Kazımov (Kazımov Qəzənfər Şirin oğlu; d. 1937) — Ədəbiyyatşünas, dilçi, professor.
Qəzənfər Kazımov 3 mart 1937-ci ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur.[1] Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və 1943-cü ildə cəbhədə həlak olmuşdur. Anası Verdiyeva Xeyrənsə Fərhad qızı uzun müddət (1960-cı ilə qədər) kolxozda işləmişdir; 12 yanvar 2003-cü ildə vəfat etmişdir.

Q.Ş.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. İki il – 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji Universitetin aspiranturasına daxil olmuşdur. O, 1967-ci ildə "Ə. Haqverdiyevin dramaturgiya dili" adlı namizədlik, 1988-ci ildə "Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər" (komizmin dil vasitə və üsulları problemi)adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Q. Ş. Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent (1972-1988), professor (1989-1998) vəzifələrində işləmişdir. 1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini (1990-1994), sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996-1999) olmuşdur. 1979-cu ildən Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki şuranın üzvüdür. 1999-cu ildən Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi işləmişdir; 2001-ci ildən həmin institutun Azərbaycan dialektologiyası şöbəsinin müdiridir.

Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır. Ədəbi tənqidlə məşğuldur. Respublika Yazıçıları Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür. 300-yə qədər elmi və elmi-publisistik məqalənin, ali və orta məktəblər üçün 8 proqram müəllifidir. 40-dan artıq kitabın elmi redaktoru, onlarca elmlər doktoru və namizədə opponentlik etmişdir. 5 nəfər aspirant və dissertantı müdafiə edib, bir neçəsinin işi hazırdır.[2]

Ailəlidir. İki övladı var.
AZƏRBAYCAN ZİYALILARI
Mirağa Cəfərquliyev — hüquq elmləri doktoru, professor, ədliyyə general-mayoru (1987).
Mirağa Cəfərquliyev 1972-ci ildə Moskvada "Məhkəmə icraatında milli dil prinsipi və tərcüməçinin prosessual vəziyyəti" mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsini almışdır. O, 1990-cı ildə Moskva şəhərində "Müasir dövrdə qanunyaradıcılıq və qanuntətbiq etmə fəaliyyətində məhkəmə milli dil problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcəsini almışdır. M.Cəfərquliyev bir sıra beynəlxalq və respublika konfraslarında məruzə ilə çıxış etmişdir.

Mirağa Cəfərquliyev 1969-cu ildən SSRİ DİN Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur.[3] O, 1993-2000 illərdə Naxçıvan Universitetinin hüquq fakültəsinin kafedrasının professoru və müdiri, 2001-2007 illərdə Bakı Biznes Universitetinin İqtisadiyyat və hüquq fakültəsinin hüquq kafedrasının professoru vəzifəsində çalışmışdır. 15 yanvar 2007-ci ildən 1 dekabr 2016-ci ilə qədər AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin baş elmi işçisi vəzifəsində işləmişdir. Dekabr 2016-cı ildən hal-hazıra qədər AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Cinayət hüququ və cinayət prosesi şöbəsinin baş elmi işçisi vəzifəsində çalışır. Alimin rəhbərliyi ilə 1 nəfər hüquq elmləri doktoru, 14 nəfər hüquq elmləri üzrə fəlsəfə doktoru, 25 nəfər magistrant müdafiə etmişdir.

M.Cəfərquliyev 2003-cü ildən "Qanun" elmi-hüquq jurnalının baş redaktorunun elmi işlər üzrə müavini, 2013-cü ildən isə həmin jurnalın baş redaktorudur. "Elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası" ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası nəzdində hüquqşünas-alimlərdən ibarət yaradılmış işçi qrupunun üzvüdür. Respublikanın hüquq elmləri üzrə ixtisaslaşdırılmış dissertasiya müdafiə şurasının üzvü kimi 30 ildən artıq fəaliyyət göstərmiş, 2013-cü ildən isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiyasının Komissiyasının hüquq üzrə komissiyanın eksperti, hüquq üzrə Respublika Elmi Koordinasiya Şurasının üzvüdür. 2015-ci ildən Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqının üzvü seçilmişdir.

M.Cəfərquliyev fədakar əməyə görə keçmiş SSRİ dövründə altı medalla təltif edilmiş, hazırkı dövrdə isə "Qızıl qələm" lauriyatı, Respublikanın dəyərli ziyalısı diplomlarına layiq görülmüşdür.

“Avropa Nəşr Mətbu Evi” milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, müasir dövrdə qanun yaradıcılığı və qanun tətbiqetmə fəaliyyətində, məhkəmədə milli dil problemləri sahəsində apardığı dəyərli tədqiqatlara, gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, hüquq elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə Mirağa Cəfərquliyev “Avropa NME”-nin 2012-ci il üçün qızıl medalı ilə təltif edilmişdir.[4][5]

M.Cəfərquliyev 2017-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçilmiş rəy sorğusuna görə elm adamı olaraq, H.Ə.Əliyev ideyalarının həyata keçirilməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə "İlin Alimi" Ali media mükafatına layiq görülmüşdür. [6]

Mirağa Cəfərquliyev 170-dən artıq elmi məqalənin və 10-dan çox elmi əsər, 5 dərsliyin və bir sıra dərs vəsaitlərinin müəllifidir.

Onun elmi redaktorluğu və önsözü ilə 20 monoqrafiya və bir sıra dərsliklər çap edilmişdir.

AZƏRBAYCAN ZİYALILARI
QISA BIOQRAFIK MƏLUMAT:
27 avqust 1936-cı ildə Azərbaycanın Tovuz rayonunun Xatınlı kəndində anadan olmuşdur. 1961-
ci ildə Leninqrad Dövlət Universitetini bitirmişdir.
1966-ci ildə Astrofizika ixtisası üzrə aspiranturanı bitirmiş və namizədlik dissertasiyasını
müdafiə etmişdir.
1966-1969-cu illərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi vəzifəsində
çalışmışdır.
1969-cu ildən BDU-da dosent, 1991-ci ildən professor vəzifəsində işləyir.
1997-ci ildən Astrofizika kafedrasının müdiridir. 1992-94-cü illərdə Türkiyəyə dəvət olunmuş,
İstanbul Universitetində «Spektroskopiya» kursunun tədrisini təşkil etmişdir. Günəş fizikası
sahəsidə çalışır. 200 məqalənin, bir neçə orijinal dərs kitabının və metodik vəsaitin müəllifidir.
Günəş fizikası sahəsində bir çox yeni tədqiqat üsulu təklif etmişdir. 2001-ci ildən Avropa
Astronomiya Cəmiyyətinin üzvüdür.
1991-ci ildə keçmiş SSRİ –nin Kosmonavtika Federasiyasının diplomuna layiq görülmüşdür.
2009- cu ildə Respublika Prezidentinin fərmanı ilə “əməkdar müəllim” adına layiq görülmüşdür.
TƏHSILI, ELMI DƏRƏCƏSI VƏ ELMI ADLARI:
1961-ci ildə Leninqrad Universitetini bitirmişdir.
1966-ci ildə “Müxtəlif intensivlikli Fraunhofer xətlərinin konturları haqqında” mövzusunda
namizədlik dissertasiyasını, 2003-cü ildə “Günəşin ayırd olunmuş və ayırd olunmamış spektrində
zəif və orta intensivlikli Fraunhofer xətlərinin profillərinin incə quruluşunun tədqiqi”
mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1969- cu ildən dossent
1991– ci ildən professor
ƏMƏK FƏALIYYƏTI:
1955 – 1958, tələbə, Bakı Dövlət Universiteti,
1958-1961, tələbə, Leninqrad Dövlət Universiteti,
1962-1965, aspirant, Leninqrad Dövlət Universiteti.
Şamaxı Astrofizika Rəsədxanası (1966-1969)
Bakı Dövlət Universiteti Astrofizika kafedrası (1969-indiyə qədər)
Dərs dediyi fənlər:
Astronomiya, Günəş fizikası, Atom spektroskopiyası, Astrofizika
Məqalələrin sayı: - 230
Kitabların sayı: -14
Monoqrafiyaların sayı: - 1.
Hazırladığı elmi kadrlar:- 6 elmlər namizədi, 2 elmlər doktoru, (məsləhətçi), 20 magistrant
2018-ci ildə impakt faktorlu jurnallarda 6 məqaləsi çap olunub.
Reytinq: