2018-ci ildə Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2017-ci ilin müvafiq dövrünə nisbətən 10,5 faiz və ya 23250,1 min manat azalaraq 287277,7 min manat olmuşdur.
Məhsul buraxılışının 25075,5 min manatı və ya 8,7 faizi sənayedə, 109508,4 min manatı və ya 38,1 faizi kənd təsərrüfatında, 29219,6 min manatı və ya 10,2 faizi tikintidə, 4943,6 min manatı və ya 1,7 faizi nəqliyyatda, 1006,1 min manatı və ya 0,4 faizi rabitədə, 117524,5 min manatı və ya 40,9 faizi ticarət və xidmət sahələrində olmuşdur.
Məhsul və xidmətlərin 57,1 faizi istehsal sahələrinin, 42,9 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Sənaye . Rayonun sənayesi əsasən qida məhsullarının, qeyri-metal mineral maddələrin istehsalı, elektrik enerjisi, qaz və suyun paylanması və bölüşdürülməsi sahələri ilə təmsil olunmuşdur.
2018-ci ildə rayonun sənaye müəssisələri , habelə fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 25075,5 min manatlıq sənaye məhsulu istehsal edilmiş, 2017-ci illə müqayisədə sənaye məhsulunun həcmi 23,7 faiz azalmışdır.
Sənaye məhsulunun 68,7 faizi emal bölməsində, 26,3 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 5,0 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. 2017-ci illə müqayisədə məhsul istehsalı emal bölməsində 33,1 faiz azalmış, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 10,1 faiz, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində isə 13,1 faiz artmışdır.
Sənaye məhsulunun 30,8 faizi dövlət bölməsində, 69,2 faizi qeyri-dövlət bölməsində istehsal olunmuşdur.
Kənd təsərrüfatı. Rayonda 2018-ci ildə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 100 faizi (14808 hektar) biçilmiş və həmin sahələrdən 43004,9 ton (keçən il 41721,2 ton ) taxıl məhsulu götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,0 sentner təşkil etmişdir.
Bundan əlavə 54,0 hektar dən üçün qarğıdalının əkin sahəsindən 243,6 ton məhsul toplanmış, hər hektadan orta hesabla 45,1 sentner qarğıdalı dəni götürülmüşdür.
Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 50,0 faizini (21634,3 ton) buğda, 0,6 faizini ( 243,6 ton) qarğıdalı , 0,6 faizini ( 257,2 ton) çəltik , 48,8 faizini ( 21110,4 ton) isə arpa təşkil etmişdir.
2018-ci ildə 43583,0 ton və ya əvvəlki ilə nisbətən 4,7 faiz çox tərəvəz, 1967,6 ton (6,4 faiz çox) kartof, 305,5 ton (44,6 faiz az) bostan məhsulları toplanmışdır.
2019-ci ilin yanvarın 1-i vəziyyətinə 1,5 ton dən üçün günəbaxan istehsal edilmişdir.
2018-ci ildə rayon üzrə keçən ilin müvafiq dövrünə nisbətən 4,8 faiz çox yem bitkiləri istehsal olunmuşdur.
Cari ildə rayonun ayrı-ayrı təsərrüfatlarında meyvə sahələrinin 403,3 hektar artması barədə təsərrüfatlardan hesabatlar daxil olmuşdur. Hazırda rayonda 6131,5 hektar meyvə bağları mövcuddur ki, bunun da 5435,8 hektarı və ya 88,7 faizi meyvə verən yaşda olan ağaclardır.
2018-ci ildə 64286,5 ton meyvə və giləmeyvə , 270,0 ton üzüm yığılmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən meyvə-giləmeyvə istehsalı 1656,7 ton artmış , üzüm istehsalı uyğun olaraq 133,0 ton azalmışdır.
Rayon təsərrüfatlarında olan ümumi məhsulun 48,4 faizini nar, 39,6 faizini xurma , 12,0 faizini isə digər meyvələr təşkil edir.
Cari ildə 15,5 hektar nar, 308,8 hektar yeni xurma bağları salınmışdır. Hazırda əhali təsərrüfatlarında bağçılığın inkişafı üçün real imkanlar vardır.
2019-cu il yanvarın 1-i vəziyyətinə rayon üzrə 36843 baş iribuynuzlu mal-qara, o cümlədən 18651 baş inək və camış, 58755 baş qoyun və keçi mövcud olmuşdur.
2018-ci ildə diri çəkidə 8127 ton ət, 20588 ton süd, 15959 min ədəd yumurta, 115,1 ton yun istehsal edilmişdir.
Kənd əməkçiləri 2019-cu ilin məhsulu üçün 16205 hektar sahədə şum qaldırmış, 15591 hektar sahədə dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş 15591 hektar taxıl sahəsinin 8740 hektarını buğda, 6851 hektarını arpa təşkil edir.
2017-cı ildə rayonda 5292 kq, 2018-ci ildə isə 12500 kq barama istehsal edilmişdir.
2018-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 109508,4 min manat olmuş, 2017-cı illə müqayisədə 4638,8 min manat və ya 3,4 faiz artmışdır.
T i k i n t i. 2018 -ci ildə müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 34901,7 min manat və ya 2017-ci illə müqayisədə 36,9 faiz az vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 2017-ci illə müqayisədə 44,1 faiz azalaraq 29219,6 min manat olmuşdur.
2018-ci ildə tikinti təşkilatları tərəfindən 11675,4 min manatlıq tikinti işləri yerinə yetirilmişdir. 2017-ci illə müqayisədə tikinti işləri 10,9 faiz çox olmuşdur.
İstehlak bazarı. 2018-ci ildə əhaliyə ticarət və xidmət şəbəkələrindən 355460,0 min manatlıq istehlak malları satılmış, 65634,7 min manatlıq ödənişli xidmət göstərilmişdir. 2017-ci illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 0,3 faiz, ödənişli xidmətin həcmi 2,3 faiz artmışdır.
Nəqliyyat. 2018-ci ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 935,0 min ton yük, 14433,0 min nəfər sərnişin daşınmışdır. 2017-ci illə müqayisədə 22,0 min ton və ya 2,4 faiz yük, 366,0 min nəfər və ya 2,6 faiz sərnişin çoxdur.
Rabitə. 2018-ci ildə rabitə müəssisələri əhaliyə , müəssisə və təşkilatlara 1006,1 min manatlıq rabitə xidməti göstərmişdir. Bu da 2017-ci ilə nisbətən 1,5 min manat və ya 0,2 faiz az xidmət göstərilmişdir.
Əhali. İlin əvvəlindən rayon əhalisinin sayı 1148 nəfər və ya 1,0 faiz artaraq 2019-cu il yanvar ayının 1-i vəziyyətinə 120531 nəfərə çatmışdır. Əhalinin bir kvadrat kilometrinə düşən sayı 163 nəfərdir.
Əhalinin 30,8 faizi şəhərdə, 69,2 faizi 25 kənd inzibati ərazi dairəsinin 55 kəndlərində yaşayır.
2018-ci ildə rayonda 1826 nəfər doğulmuş körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 15,2 təşkil etmişdir.
2018-ci ildə rayonda 759 nəfər ölüm halı qeydə alınmışdır və 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6 -dan 6,3- ə qədər azalmışdır.
2018-ci ildə rayonda 833 nikah və 175 boşanma halları qeydə alınmış, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9 , boşanmaların sayı isə 1,5 təşkil etmişdir.
Əmək bazarı və yeni iş yerləri. 2019-cu ildə rayonun iqtisadiyyatında məşğul əhalinin sayı 57695 nəfər olmaqla rayon əhalisinin 47,9 faizini təşkil edir.
Məşğul əhalinin 12587 nəfəri və ya 21,8 faizi muzdla işləyənlərdir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 265,9 manat olmaqla 2017-ci illə müqayisədə 17,4 manat və ya 7,0 faiz artmışdır.
2019-cu il yanvar ayının 1-i vəziyyətinə rayon Məşğulluq mərkəzində işsiz statusu verilmiş şəxslərin sayı 179, işsizlik müavinəti alanların sayı 16 nəfər təşkil etmişdir.
2018-ci ildə rayonda 847 yeni iş yeri açılmışdır. Həmin iş yerlərindən 82-i yeni yaradılmış, 269-u mövcud müəssisə və təşkilatlarda, 496-ı isə fiziki şəxslərdə olmuşdur.
Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2018-ci ilin dekabr ayını 2018-ci ilin noyabr ayı ilə müqayisə etdikdə kənd təsərrüfatı məhsullarından kartof, soğan, pomidor, xiyar, alma, naringi, heyva, nar, xurma, ərzaq məhsullarından mal əti, qoyun əti, quş əti, qarabaşaq yarması bahalaşmış, kələm, kök, süfrə çuğunduru, yumurta ucuzlaşmışdır.
2018-ci ilin dekabr ayını 2017-ci ilin dekabr ayı ilə müqayisə etdikdə kənd təsərrüfatı məhsullarından soğan, sarımsaq, mal əti, qoyun əti, quş əti, yumurta, buğda unu, uzun düyü, pendir bahalaşmış, kərə yağı, qarabaşaq yarması, şəkər, şəkər tozu ucuzlaşmışdır.


Regionların Sosial – İqtisadi İnkişafı Dövlət Proqramı

(2014-2018-ci illər)


Rayon ərazisindən keçən ölkə əhəmiyyətli Bakı- Şamaxı – Yevlax rayonlararası avtomobil yolunun tikintisi, Göyçay-Ucar avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib. İsmayıllı-Müsüslü avtomobil yolunun Qaraməryəm kəndinə qədər olan hissəsinin tikintisi başa çatdırılıb.
Rayonda sutkalıq istehsal gücü 25 ton olan müasir çörək istehsalı müəssisəsinin tikintisi davam etdirilir.
Rayonun 56 kənd yaşayış məntəqəsindən 49-da təbii qazdan istifadə edilir. Təbii qazla təmin olunmayan digər kəndlərdə monitorinq aparılmış, qazlaşdırılması nəzərdə tutulan fərdi təsərrüfatların sayı dəqiqləşdirilmiş, müvafiq layihə-smeta sənədlərinin hazırlanmasına başlanılmışdır.
YAP rayon təşkilatının binası, Gənclər Mərkəzi, Bayraq Meydanı istifadəyə verilmiş, Heydər Əliyev Mərkəzinin qarşısındakı ərazi abadlaşdırılmış, Ulu Öndərin ağ mərmərdən yeni abidəsi ucaldılmış, mərkəzin ərazisində yeni işıqlandırma sistemi quraşdırılmış, Ana və uşaq kafesi, Fəvvarə kompleksləri inşa edilmişdir. Rayon İcra Hakimiyyətinin inzibati binasında, Yuxarı Məsciddə əsaslı təmir işləri aparılmış, şəhərin giriş qapıları yenidən qurulmuşdur. Qaraməryəm kəndində Bayraq meydanı inşa edilmiş, ərazidəki yol dairəsi abadlaşdırılmışdır. Aşağı Qaraməryəm kəndində sel sularının uçurduğu körpü yenidən tikilmişdir. Şəhərin mərkəzində müasir tələblərə cavab verən örtülü kənd təsərrüfatı məhsullarının pərakəndə satışı bazarı istifadəyə verilmişdir. Əli Kərim adına parkda abadlıq işləri başa çatdırılmış, parkda müharibə veteranları üçün kafe inşa edilmiş, Azərbaycanın görkəmli şair və yazıçılarının xatirə kompleksi inşa edilmiş, Şəhidlər Xiyabanında Azərbaycanlıların soyqırımına həsr olunmuş abidə ucaldılmışdır. Heydər Əliyev prospektindəki parkın yenidən qurulması işləri başa çatdırılmış, Bayraq muzeyi inşa edilmişdir. Həmçinin rayonda yeni Avtovağzal binası tikilib istifadəyə verilmişdir.
Rayonun Hacağabəyli kəndində 24 yerlik modul tipli sinif komplekti, Ərəbşahverdi kəndində 40 yerlik modul tipli ibtidai məktəb binası tikilib istifadəyə verilmiş, şəhər 2 saylı, Qaraman və Potu kənd tam orta məktəbləri əsaslı təmir olunmuşdur. Alıkənd kəndində 40 yerlik modul tipli məktəb binasının tikintisi başa çatdırılmış, Alpout kəndində 40 yerlik uşaq bağçası tikilib istifadəyə verilmişdir. Veysəlli kəndində 20 yerlik modul tipli məktəb binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır.


Təhsil. Rayonda 1400 uşağın tərbiyəsi ilə məşğul olan 34 məktəbəqədər təhsil müəssisəsi, 2017 / 2018- ci tədris ilində 2038 nəfər müəllimin çalışdığı, 18093 nəfər şagirdin təhsil aldığı 57 dövlət gündüz ümumtəhsil məktəbi, 80 nəfər müəllim kollektivinin çalışdığı, 1301 nəfər tələbənin təhsil aldığı Dövlət İdarəetmə və Texnologiya Kolleci, 80 nəfər müəllim və mühəndisin çalışdığı, 345 nəfər tələbənin təhsil aldığı Peşə Liseyi fəaliyyət göstərir.
Mədəniyyət. Rayonda 309,6 min nüsxə kitab fondu olan 37 kütləvi kitabxana, 10 mədəniyyət evi, 17 klub, 1 uşaq musiqi məktəbi, 3 muzey fəaliyyət göstərir. 2018-ci ildə kitabxanalarda 31,6 min nəfər oxucu olmuş, muzeylərə fərdi gələnlərin sayı 4,0 min nəfər, ekskursiyaya gələnlərin sayı 33,8 min nəfər olmuşdur.
Səhiyyə. 2019 - cu ilin əvvəlinə rayonda fəaliyyət göstərən 2 xəstəxana, 16 həkim məntəqəsi , 31 tibb məntəqəsi , 1 təcili yardım müəssisələrində 172 nəfər həkim , 1098 nəfər tibb işçisi çalışmış, əhalinin hər 10000 min nəfərinə 14 həkim, 91 tibb işçisi düşmüşdür.
Rayonda 2018-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, endokrin sisteminin, qida qəbuletmənin, maddələr mübadiləsi və immunitetin pozulması, qan və qanyaradıcı orqanların, qan dövranı sisteminin, həzm orqanlarının, əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üstünlük təşkil edir.
Pensiya , sosial təminat. 2019-cu il yanvar ayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsinin Göyçay rayon şöbəsində 13730 nəfər pensiyaçı, 6076 nəfər sosial müavinət, 732 nəfər təqaüd, 1524 nəfər birdəfəlik müavinətlər, 102 aztəminatlı ailəyə ünvanlı sosial yardım alanlar qeydiyyatda olmuşdur.
İdman. Rayonda Olimpiya İdman Kompleksi, 175 idman qurğusu, 1-1,5 min yer tutan stadion, 38 qapalı idman zalları, 3 idman məktəbi fəaliyyət göstərir.
Hüquqpozmalar. Rayonda 2018-ci ildə 205 cinayət hadisəsi qeydə alınmışdır ki,bu da əhalinin hər on min nəfərinə hesabı ilə 17 hadisə təşkil edir.Qeydə alınmış cinayətlərin 16-ı ağır və xüsusilə ağır xarakterli cinayətlərə aiddir.

Son xəbərlər

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Bütün xəbərlər