Ukraynada zibil qutusunda içərisində meyit olan çamadan tapıldı » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Ukraynada zibil qutusunda içərisində meyit olan çamadan tapıldı


Ukraynada zibil qutusunda içərisində meyit olan çamadan tapıldı

5-01-2019, 14:47
Oxunub: 133
Çap et
Yanvarın 4-də Ukraynada çoxmərtəbəli binanın yaxınlığında yerləşən zibil qutusunda içərisində qız meyiti olan çamadan tapılıb.

İnterxəbər.Az Znaj.ua-ya istinadən xəbər verir ki, dəhşətli tapıntı Dnepr şəhərinin Qəhrəmanlar prospektində yerləşən yaşayış binasının yaxınlığında aşkar edilib.

“İlkin baxış zamanı ölən qadının 20-30 yaşları arasında olduğu müəyyən edilib. Onun şəxsiyyəti müəyyənləşdirilir. Qızın bədənində zorakılıq əlamətləri yoxdur”, - deyə polis bildirib.

Hadisənin təfərrüatı məhkəmə-tibbi ekspertizasından sonra aydın olacaq.
Reytinq: