Arda Turan bu qızdan da ayrıldı - FOTOLAR
Türkiyəli futbolçu Arda Turanla Aslıhan Doğan ayrılıb.
Interxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1 il 5 aydır sevgili olan cütlük bu yaxınlarda ayrılmağa qərar verib. Cütlüyün ailələri bir-biri ilə tanış olsa da, onların ayrılmasına səbəb kimi futbolçunun evlənmək istəməməsi göstərilir. Artıq instaqramda da bir-birini təqib etməyən məşhur sevgililər sosial şəbəkədən romantik fotolarını da silib.
Xatırladaq ki, 29 yaşlı futbolçu Kənan İmirzalıoğlunun hazırkı həyat yoldaşı və aktrisa Sinem Kobaldan ayrıldıqdan sonra 7 illik dostu Aslıhanla görüşməyə başlamışdı.
Onu da qeyd edək ki, bu yaxınlarda Aslıhanın Arda Turanın ailəsi ilə birlikdə çəkdirdiyi şəkli paylaşması onlar arasında ciddi mübahisəyə səbəb olub. Arda Turan sevgilisinə şəxsi həyatı ilə bağlı hər hansı şəkil paylaşmağı qadağan etmiş və şəkli sildirtib. Bu hadisədən sonra Aslıhan instaqram hesabını bir müddət dondurmuşdu.
İspaniyada yaşayan, karyerasına orada davam edən və evlənməyi düşünməyən Turanın ayrılıq qərarından sonra Alıhan Doğan Türkiyəyə qayıdıb. Türkiyə mətbuatının yazdığına görə, Aslıhan sevgilsiindən ayrıldığı üçün deperessiyaya düşüb və tez-tez dostları ilə görüşüb dərdləşir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay