Polis-sürücü mübahisələri: qanun nə deyir?


İki ay ərzində protokol tərtib olunmazsa, inzibati xətanı törətmiş şəxs məsuliyyətə cəlb edilə bilməz Asif Abdullayev: «Xətanın törədilməsindən bir il keçdikdən sonra, iş üzrə icraata xitam verilməlidir»


Vətəndaşlarla yol polisi arasında yol hərəkəti ilə bağlı məsələlər bəzən mübahisələrə səbəb olur. Son dövrlərdə sürücülərin ən çox narazı qaldığı məqamlardan biri inzibati xəta ilə bağlı cəlbetmə müddəti keçdikdən sonra onlardan cərimə tələbidir. Belə ki, bəzən sürücülər YPX tərəfindən saxlanaraq, məsələn, 6 ay əvvəl radara düşdükləri deyilir və cəriməni ödəməsi tələb edilir. Sürücülər isə bu barədə onlara heç bir bildiriş verilmədiyini desələr də, tələb qüvvəsində qalır. Bir çox hallarda isə həmin avtomobil birbaşa cərimə meydançasına aparılır və cərimə ödəndikdən sonra buraxılacağı deyilir. Bəs qanunvericilikdə bu məsələ necə tənzimlənir?
Vəkil Asif Abdullayev "Bizim Yol"a bildirib ki, qanunvericiliyə əsasən, hər bir qanun pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün konkret müddətlər müəyyən edilib. Yol hərəkəti qaydalarının pozulması ilə bağlı məsuliyyətə cəlb etmək üçün 2 ay müddət müəyyən edilib. "İnzibati xətanın törədildiyi gündən iki ay müddətində xətanı törətmiş şəxs məsuliyyətə cəlb edilə bilər. Bu müddət başa çatdıqdan sonra, şəxs məsuliyyətə cəlb edilə bilməz. Xüsusilə qeyd etmək istəyirəm ki, bu müddət xətanın aşkar edilməsindən deyil, baş verdiyi gündən hesablanır" - deyə vəkil qeyd edib.
Göründüyü kimi, xəta törədildiyi gündən etibarən sürücünün cərimə edilməsi üçün müəyyən edilmiş iki aylıq müddətin axımı başlanır. Bu müddətin dayandırıldığı hallar qanunvericiliklə müəyyən edilib. Vəkil vurğulayır ki, yalnız aşağıdakı hallarda müddətin axını dayanır:
- barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin qaçıb gizlənməsi və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yerin müəyyən edilməməsi;
- barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin psixi və ya digər ağır xəstəliyə tutulması;
- inzibati xətanı törədən şəxsin müəyyən olunmaması.
"Hətta icraat dayandırıldığı hallarda belə, xətanın törədilməsindən bir il keçdikdən sonra, iş üzrə icraata xitam verilməlidir. Qanunvericiliyiə əsasən, qayda pozuntusu barədə tərtib edilmiş protokol rəsmi qaydada qayda pozmuş şəxsə təqdim edilməlidir. Hətta həmin şəxsə protokolu və ya qərarı rəsmi qaydada təqdim etmək üçün (başqa yollarla bu mümkün olmasa), onun idarə etdiyi nəqliyyat vasitəsinin dayandırılması barədə qərar qəbul edilə bilər. Nəqliyyat vasitəsi dayandırılır, sənədlər rəsmi qaydada sürücüyə təqdim edilir və daha sonra nəqliyyat vasitəsi hərəkətini davam etdirə bilər. Göründüyü kimi, qanunvericilik yol polisindən tələb edir ki, mütləq qaydada protokol və ya qərar barədə sürücünü xəbərdar etsin.
Əgər qayda pozuntusundan iki ay keçibsə və yol polisi iki aydan sonra həmin şəxsin barəsində cərimə haqqında qərar qəbul edibsə, həmin şəxs məhkəməyə şikayət edərək, qərarın ləğv edilməsini xahiş edə bilər" - deyə Asif Abdullayev bildirib.

Hansı hallarda
cəriməyə görə avtomobil saxlana bilər?
Vəkil bildirir ki, cəriməyə görə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması, saxlanılması da qanunvericiliklə tənzimlənir. Yəni bu hal qanunvericilikdə nəzərdə tutulub. Ancaq bu hal sürücünün tərtib olunmuş protokoldan xəbərdar olduğu halda, cəriməni ödəməməsi zamanı mümkündür.
"Cərimənin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsi, nəqliyyat vasitəsinin saxlanılması və müvəqqəti duracağa aparılması üçün əsasdır. Belə ki, inzibati xətalar Məcəlləsinin 451.7.-ci maddəsinə əsasən, cərimə barədə qərar qüvvəyə mindiyi gündən iki ay ərzində ödənilmədikdə, şəxsin qayda pozuntusu törədərək idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir. Saxlanma qərarını da cərimə qərarını qəbul etmiş şəxs qəbul edir. Bu qərarın icrası ilə bağlı, həmin nəqliyyat vasitəsi saxlanılır və müvəqqəti dayanacağa aparılır. Cərimə ödənildikdən sonra, nəqliyyat vasitəsi həmin duracağdan buraxılır"
Əlavə edək ki, avtomobilin müvəqqəti duracağa aparılmasından sonra sürücü cəriməni ödəyərək, avtomobili götürmək istədikdə, bir çox hallarda ondan yüksək məbləğdə saxlama haqqı tələb edilir. "Yol polisinə məxsus müvəqqəti duracaqlarda nəqliyyat vasitəsinin bir gün saxlanılmasına görə rəsmi olaraq 30 qəpik ödəməlisiniz. Bu məbləğdən artıq ödənişin tələb edilməsi qanunaziddir. Bu qiymət Azərbaycan Respublikası Tarif Şurasının 08 nömrəli, 12.04.2006-cı il tarixli qərarı ilə müəyyən edilmişdir" - deyə vəkil bildirib.
Hansı hallarda evakuator maşını apara bilər?
Sürücülərin daha çox narazılıq etdiyi digər məqam isə evakuatorlarla bağlıdır. Vətəndaşlar bildirirlər ki, bir çox hallarda evakuator avtomobili aparan zaman sürücü gəlib çıxsa da, avtomobilin aparılmasının qarşısını almaq mümkün olmur. Vəkil bildirir ki, nəqliyyat vasitəsinin duracağa aparılması üçün qanunvericiliklə bir neçə əsas müəyyən edilib. Təbii ki, ən geniş yayılmış hallardan biri, dayanma və durma qaydalarının pozulması nəticəsində nəqliyyat vasitəsinin evakuator vasitəsi ilə duracağa aparılmasıdır. Bu halda nəqliyyat vasitəsinin duracağa aparılmasına yalnız o halda yol verilir ki, sürücü nəqliyyat vasitəsinin yanında olmasın. Əgər nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşır və nəqliyyat vasitəsinin qadağan olunmuş yerdən kənarlaşdıra bilirsə, nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir.
Azərbaycan Respublikası Tarif Şurasının 08 nömrəli, 12.04.2006-cı il tarixli qərarına əsasən, nəqliyyat vasitələrinin evakuatorla duracağa aparılması xərci 20 manat təşkil edir" - deyə vəkil bildirdi.

Son xəbərlər

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

İsrail atəşkəs danışıqlarını bərpa edəcək

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb

Hakan Fidan: “Azərbaycan Qafqazın yeni doğan günəşidir”

Gürcüstan XİN başçısı: “Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda sülh sazişi imzalayacaqlar”

Türkiyə və Rusiya XİN başçılarının müavinləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib - YENİLƏNİB + FOTO

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - FOTO

Paşinyan: “Azərbaycanla delimitasiya prosesi Tavuşdan başlaya bilər”

Dünya brendi Rusiyada böyük məbləğdə cərimələndi

Finlandiya limanlarında bütün yükdaşımaları dayandırıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Onlarla şəxs saxlanıldı

Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etdilər - FOTO

Misirə silah arxasınca gedən Paşinyan məyus qayıtdığını etiraf etdi - FOTO

Ərdoğan Zelenski ilə görüşdü

Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi

Rusiyanın baş naziri Azərbaycana səfərə gəlib

Bütün xəbərlər