Son xəbərlər
17.04.2015, 14:30
Azərbaycanda bir gündə iki intihara cəhd
DİN məlumat yaydı.
Dünən Azərbaycanda iki nəfər intihara cəhd edib.
interxeber Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, aprelin 16-da Sumqayıt şəhəri 6-cı mikrorayonun ərazisində şəhər sakini Tünzalə Xudiyeva intihar məqsədi ilə özünü dənizə atıb. O, polis əməkdaşları tərəfindən xilas edilib.
Həmin gün Sabirabad rayon sakini İnşallah Əlili Şirvan şəhərinin ərazisində körpüdən özünü Kür çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay