Nəyisə əldə etmək üçün bu üsuldan istifadə edin - MARAQLI » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Nəyisə əldə etmək üçün bu üsuldan istifadə edin - MARAQLI


Nəyisə əldə etmək üçün bu üsuldan istifadə edin - MARAQLI

29-03-2015, 02:39
Oxunub: 480
Çap et
Bu yazıda istəyə, məqsədə daha tez çatmanın bir üsulunu təqdim edirik:

Yəqin deyəcəksiniz ki, bəşər cəmiyyəti yaranandan hər bir insan ömrünün əvvəlindən ta sonunadək nələrisə əldə etmək üçün yaşayıb. Bu hansı üsuldur ki, ondan istifadə ədərək nəyisə əldə etmək olar? Amma mən yox, böyük psixoloq Jan Boyl sizə belə cavab verəcək - bu ardıcıl düşünmə effektidir.

O, qeyd edir ki, yalnız ardıcıl düşünülən ideya həyatda tətbiq oluna bilər. Psixologiyanın qızıl qaydalarından biri – insan nə düşünürsə odur- fikri də burada özünün məntiqi nəticəsini tapır.

Başqa bir psixoloq Napaleon Hill özünün “Düşün və varlan” adlı kitabında da maraqlı bir məqama toxunur. Belə ki, bir məqsəd barəsində aramsız düşünən zaman beyindəki başqa istəklər, məqsədlər, eləcə də o məqsədlərə xidmət edən informasiyalar avtomatik olaraq sıradan çıxır.

Nəhəng iş mexanizminə malik olan insan beyni yalnız bir məqsədə kökləndiyi zaman həmin məqsədi həyatda, praktikada müsbət nəticəyə çevirə bilir.

Atalar “çox istəyən azdan da olar” misalını yəqin ki, insan beyninin iş mexanizmini nəzərə alaraq deyiblər. Yəni, məqsədlər çoxaldıqca beynin xidmət və köklənmə parametrləri də parçalanır. Odur ki, biz hər məqsədimizə öz heyrətamiz beynimizin köklənmə missiyasını parçalayaraq zəifləmiş enerji ayırırıq. Amma bir məqsəd barəsində ardıcıl fikir yürütmək ağıllı beyninizi həmin məqsədin dostu və xidmətçisi edir.

Beynimiz isə bizim üçün hər bir dostdan daha etibarlıdır. Ona inanın, ardıcıl olaraq bir məqsəd barəsində düşünün və onu “dost”unuzla müştərək işləyərək əldə edin!

modern.az
Reytinq: