Hidrogenlə işləyən avtomobillər satışa çıxarılır
“Toyota” şirkəti hidrogenlə işləyən avtomobillərin satışına başlayır
Interxeber.az saytı Big.az saytina istinadən bildirir ki, “Toyota” şirkəti mühərriki hidrogenlə işləyən avtomobillərin satışına başlayır. Gələcək “Sedan Mirai” avtomobillərinin ilk olaraq Qərbi Avropa və ABŞ-da satılacağı bildirilir.
2014-cü ilin sonuna qədər konsern 400 belə avtomobil satmağı nəzərdə tutur. Artıq bir ildən sonra istehsalın 3 dəfə artacağı qeyd edilir. 2020-ci ildə şirkət ildə 50 min avtomobil satmağı nəzərdə tutur. 2017-ci iln sonuna qədər yalnız ABŞ-a hidrogen mühərrikilə işləyən 3 min avtomobil ixrac olunacaq.
Şirkət “Mirai” modelinin istehsalına 20 milyard yеna (təxminən 162 milyon dollar) investisiya qoymaq niyyətindədir. Bununla yanaşı, hökumət Yaponiyada hər “Mirai” alana 2 milyon yena (17 min dollar) dəyərində subsidiya ayıracağına söz verib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay