Qazaxıstanda ev heyvanları üçün COVID vaksini hazırlandı » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Qazaxıstanda ev heyvanları üçün COVID vaksini hazırlandı


Qazaxıstanda ev heyvanları üçün COVID vaksini hazırlandı

23-10-2021, 04:20
Oxunub: 117
Çap et
Qazaxıstanda xüsusi olaraq ev heyvanları üçün nəzərdə tutulan koronavirusa qarşı peyvənd istehsal olunub.

Ölkənin Beynəlxalq Vaksin Mərkəzi tərəfindən hazırlanan “Naruvax-C19” peyvəndi pişiklər üzərində sınaqdan keçirilib.

Preparatın Nur-Sultanda keçirilən təqdimat mərasimində bir sıra ev heyvanlarının koronavirusa yoluxma riskinin yüksək olduğu qeyd edilib. Bildirilib ki, məhz onlar COVID-in təhlükəli mutasiyalarının ortaya çıxmasına səbəb ola bilərlər. Odur ki, sevimli “ev sakinləri”nin də vaksinasiyadan keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Məhbə: TRT
Reytinq: