Sabahdan yeni məhdudiyyətlər tətbiq olunacaq. » İnterxəbər.Az
interxeber.az » Son xəbərlər » Sabahdan yeni məhdudiyyətlər tətbiq olunacaq.


Sabahdan yeni məhdudiyyətlər tətbiq olunacaq.

31-08-2021, 14:40
Oxunub: 101
Çap et
Sabahdan yeni məhdudiyyətlər tətbiq olunacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, bu dəfəki məhdudiyyətlərin əvvəlkilərdən fərqi qadağaların COVID pasportu olmayanlara aid edilməsidir. Beləliklə, yaşı 18-dən yuxarı şəxslərdən COVID pasportu tələb olunan məkanlar.
-İctimai iaşə müəssisələri
-Mehmanxanalar
-İri ticarət mərkəzləri
-Ali məktəblər
-Orta ixtisas məktəbləri

Yeni tələblər hansı ictimai iaşə müəssisələrində qoyulacaq?
-Şadlıq sarayları
-Sağlamlıq-idman kompleksləri
-Restoranlar
-Kafelər

Gözəllik salonları və bərbərxanalarda COVID pasportu tələb olunmayacaq. Çünki onlar eyni anda insanlara kütləvi xidmət edən məkanlar hesab olunmur. Lakin bu xidmət sahəsində çalışan işçilərdən peyvənd pasportu tələb olunacaq.
Qərarda COVID pasportu tələbinin iri ticarət mərkəzlərinə şamil olunması onu deməyə əsas verir ki, pasportu olmayanlar kiçik mağazaların xidmətindən istifadə edə biləcək.
Sentyabrın 1-dən etibarən 50 nəfərədək insanın iştirak etdiyi toylara COVID-19 pasportunun təqdim olunması tələb olunacaq.

Qərarda aşağıdakı iş yerlərində əməkdaşların azı 80 faizindən sentyabrın 1-dək COVID-19-a qarşı peyvənd olunmaları və ya COVID-19-la bağlı immunitet sertifikatlarının olması tələb edilir:
-Bütün tibb və əczaçılıq müəssisələri
-Bütün elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq)
-Eləcə də bütün digər dövlət və xidmət sahələri.

-Sentyabrın 1-dən koronavirus vaksini vurdurmayan şəxslər iri ticarət və ictimai iaşə obyektlərinə buraxılmayacaq. DİN-ın açıqlamasına görə, peyvənd olunmayan şəxs obyektə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək.
Polislər bu işə ciddi nəzarət edəcək. Monitorinq qrupları yaradılacaq. Bu qruplarda xidmətə cəlb olunan polis əməkdaşları həm xidməti, həm də mülki geyimdə olacaqlar.

-Karantin qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək cərimə ediləcəklər.
Reytinq: